25-04-2024, 10:50 0 Gündəm / Cəmiyyət

Nəfis görüntünün arxasında gizlənən "QATİL" - EKSKLÜZİV

Nəfis görüntünün arxasında gizlənən "QATİL"  - EKSKLÜZİV
Müasir dövrdə qidalanmada ən böyük probləmlərdən biri və ən başlıcası fast food, yəni tez hazır olan qidalara üstünlük verilir.

Ulusum.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə, cəmiyyətdə və yaxın ətrafımızda "fast food" qidalardan istifadə edib bir neçə dəqiqə sonra narahatlıq yaşayan insanların sayı durmadan artır.
Milli mətbəximizin yeməklərinin "fast food" qidaları ilə əvəzlənməsinin əsas səbəbləri, ilk növbədə fast food qidalarının daha ucuz, rahat, tez bir zamanda hazırlanması və iştah gətirici görünüşə malik olması ilə bağlıdır.

Bəs ümumiyyətlə, necə oldu ki, bu qidalar həyatımızın əvəzolunmasına çevrildi? Səbəblər və çıxış yolu nələrdir?
ULUSUM.az saytı olaraq bununla bağlı Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva ilə həmsöhbət olduq:
"Fast food"ların daha çox gənclər arasında populyar olduğunu deyən xanım deputat onun orqanizmə mənfi təsirlərinə diqqət çəkib.
- Qidalanma insan orqanizminin inkişafı üçün əhəmiyyət kəsb edir. Bunun üçün düzgün qidalanma zəruridir. Fast-food qidalardan daha çox gənclərimiz istifadə edir ki, bu da sonradan orqanizmin normal inkişafına mənfi təsir göstərmiş olur. Ürək-damar, mədə-bağırsaq sistemini sıradan çıxarır, sonradan piylənmənin əmələ gəlməsində bünövrə rolunu oynayır. Buna görə də dünya səhiyyə sistemində həkimlər insanlara çağırışlar edirlər ki, fast-food qidalardan uzaq dursunlar.

-Təəssüflər olsun ki, "Fast Food"un əks təsirlərindən nə qədər danışılsa da fayda etmir. Sözügedən qidaları qəbul edərkən özlərini xoşbəxt hiss edən gənclərə nə demək istəyərdiz?

- Ola bilər ki, indiki dövrdə bunun fəsadlarını hiss etməsinlər. Amma yaşa dolduqca fəsadlar özünü göstərəcək. Və qeyd edim ki, onun acı nəticələri olur. Buna görə də heab edirəm ki, xüsusilə uşaqlar və gənclər arasında maarifləndirmə işləri gücləndirilməlidir. 10-15 dəqiqədən sonra yaranan narahatlıqlar mədə-bağırsaq sistemində baş verən dəyişikliklərlə əlaqədar ola bilir. Yaxud bəzi dönərxanalarda mənşəyi məlum olmayan ətlərdən istifadə olunur. Bu da insanlarda mədə-bağırsaq sistemində narahatlıqların yaranmasına səbəb olur. İstehlakçılar bunu birdəfəlik dərk etməlidirlər. Həyatlarını asana qaçmaqla riskə atmasınlar".

Piylənmə Müalicəsi üzrə Mütəxəssisi, dietoloq Nərmin Ələsgərova "fast food"ların hətta infarkt keçirmə riskinə də səbəb olacağını bildirir:

Nəfis görüntünün arxasında gizlənən "QATİL"  - EKSKLÜZİV
- Təəssüf ki, artıq bir çox insanlar "fast food" qidalardan çox istifadə edir. Bunun da öz mənfi təsirləri olur. Bu tip qidalar yüksək qan təzyiqi (hipertoniya) və infarkt keçirmə şansını artırır. "Fast food" həmçinin qida və vitamin çatışmazlığına səbəb olur. Bundan başqa, diabetə tutulma riskini yüksəldir.
Mütəmadi olaraq bu qidalardan istifadə hətta xərçəng amilini daha da artırmış olur. Tez-tez bu cür qidalanma nəticəsində orqanizmdə şişkinlik sürətlə artır ki, bu da bütövlükdə ciddi nüanslardır. Yediyimiz hazır kartof qızartması, çipsi və bir çox oxşar qidaların tərkibində sağlam bir insan üçün gündəlik istehlak miqdarı 2300 mq natriumdan daha yüksək səviyyədə duz var. Burger zəncirində istehlak etdiyiniz orta menyuda təxminən 2000 mq natrium var və
bu natrium istehlakı yalnız bir yeməkdə baş verir. Əgər gündəlik natrium miqdarını hər gün aşmağa davam etsəniz, yüksək təzyiqdən qorunmaq çətin olacaq. Burger, kartof qızartması, pizza və buna bənzər bir çox hazır
qidalar yüksək miqdarda doymuş yağ ehtiva edir. Bu doymuş yağlar zamanla əsas damarlarda toplana və tıxanmalara səbəb ola bilər. Damarların tıxanması infarkt və insultlara səbəb olan ən böyük faktorlardan biridir.
Yaxşı olardı ki, hər birimiz qidalanmaya nəzarət edək, əks halda səhhətimizdə problemlər yarana bilər
”.


Dietoloq Nərmin Ələsgərova həmçinin bildirdi ki, sağlam və gümrah yaşamağın başlıca yolu pəhrizdən keçir. Bunun üçün mütəxəssislərə müraciət etməklə, ziyansız, xüsusi proqram əsasında orqanizmin qeydinə qalmaq məsləhətdir.

El dili ilə desək, tez-bazar əldə edilən "Fast Food"un xeyrindən çox ziyanı var. Odur ki, problemə geniş müstəvidən baxmaqla və bir az da iradəli olmaqla bu qidalardan imtina etməliyik!

Unutmayaq, həyatın ən dəyərli neməti SAĞLAMLIQDIR....

Ağa Dadaşzadə


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: