Bu gün, 17:00 0 Dünya

3,3 milyard dollarlıq anlaşma: Murdoch imperiyasında yeni dövr başlayır

3,3 milyard dollarlıq anlaşma: Murdoch imperiyasında yeni dövr başlayır
Fox News, The New York Post, The Wall Street Journal, The Times və Sky News Australia kimi çoxsaylı media orqanlarının sahibi olan 94 yaşlı Rupert Murdoch ailə içi varislik mübarizəsini yekunlaşdırıb.

Murdoch-un sağçı ideoloji xətti qorumaq üçün ailə fondunun idarəsini yalnız böyük oğlu Lachlan Murdoch-a vermək planı digər övladlarının etirazı ilə məhkəməyə daşınmışdı. Prudence MacLeod, Elisabeth Murdoch və James Murdoch atalarını məhkəməyə verərək Lachlan-ın tam nəzarətini məhdudlaşdırmağa çalışmışdılar.

Məhkəmə sənədlərinə görə, Rupert Murdoch ailədə sülh istədiyini bildirib və Lachlan-ın imperiyanı gələcəyə daşımaq üçün ən doğru şəxs olduğuna inandığını vurğulayıb.

2023-cü ildə News Corp-un rəhbərliyini Lachlan-a ötürən Murdoch-un bu istiqamətdəki veraset planı ilkin mərhələdə məhkəmə tərəfindən rədd edilsə də, uzun sürən prosesin ardınca ailə razılaşmaya nail olub.

Anlaşmanın detalları:

Razılaşmanın ümumi dəyəri 3,3 milyard dollar təşkil edir.

Lachlan-ın üç böyük bacı-qardaşı şirkətdəki bütün payları qarşılığında hərəsi 1,1 milyard dollar alacaq. Bu, ailə fondunun ləğv edilməsi ilə həyata keçiriləcək.

Razılaşma ilə bağlı bütün məhkəmə prosesləri dayandırılacaq.

Lachlan, həmçinin atasının iki kiçik qızı — Grace və Chloe ilə birlikdə yeni Murdoch ailə fondu yaradacaq. Bu fond Fox Corporation və News Corp-un nəzarət paketinə sahib olacaq.

Mətbuat orqanlarının yazdığına görə, bu razılaşma Rupert Murdoch-un ölümündən sonra da Fox News, The New York Post və The Wall Street Journal kimi nəşrlərin mühafizəkar mövqeyini qoruyacağına təminat verir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: