Eynəklərin mövsümü başladı: ZƏRƏRLƏRİ UNUTMAYAQ

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir.
ULUSUM.az bildirir ki, Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər.
Bəs seçimi necə etməliyik?
Bəlkə də çoxlarınız məqalənin başlığını oxuduğunuz zaman təəccüblənəcəksiniz. Lakin tələsməyin. Başlıq səhv deyil. Çox təəssüf ki, qoruyucu bilib taxdığınız bir çox eynəklər gözləriniz üçün böyük təhlükə törədir.
Keyfiyyətsiz, UV filtri olmayan gün eynəkləri gözləri zərərli şüalardan qorumaq əvəzinə, əksinə, həmin şüaların gözlərimizə daha çox ziyan verməsinə səbəb olur. Belə ki, işıq az olduqda bəbək genəlir və UV filtrsiz gün eynəkləri zərərli şüaları genişlənmiş bəbəkdən daha çox keçirməklə böyük təhlükə yaradır.
Tədqiqatlar göstərir ki, zərərli ultrabənövşəyi şüalar hətta xərçəng xəstəliyinin əmələ gəlməsini də sürətləndirir. Sağlamlığının qayğısına qalan hər bir kəsin ultrabənövşəyi şüaları keçirməyən (UV filtrli) gün eynəklərindən istifadə etməsi məsləhətdir.
Müasir dövrümüzdə zərərli şüalardan qorunmaq üçün UV fitrli kontakt linzalar da geniş yayılıb. Bu linzaların gün eynəklərindən fərqi ondan ibarətdir ki, gün eynəkləri yalnız gözləri deyil, həm də göz qapaqlarını da qoruyur.
Saxta və keyfiyyətsiz eynəklərdən necə qorunmalı?
Eynək seçərkən ilk növbədə mütəşəkkil optikalara müraciət edin. Keyfiyyətli eynəklə yanaşı, yüksək ixtisaslaşmış, peşəkar optika işçilərinin məsləhətləri də vacibdir. Onlar sizin üz quruluşunuza, refraksiyanıza, şikayətlərinizə uyğun məsləhətlər verəcəklər ki, bu da düzgün eynək seçimində çox böyük əhəmiyyət kəsb edir.
Məsələn, burun çəpərində əyrilik olan şəxslər ağır eynək taxmaqdan çəkinməlidirlər. Ağır eynəklər burunu sıxaraq çətinləşmiş tənəffüsün qarşısını biraz da alaraq baş ağrılarına, hipoksik vəziyyətin artmasına səbəb olur. Belə şəxslərə titan (yüngül) eynəklərdən istifadə etmək məsləhətdir.
Astiqmatizmi olan şəxslər oval formalı, üzə yapışan eynəklərdən çəkinməlidirlər. Allergik gözlərə xüsusi qoruyucu örtüyü olan eynəklər məsləhətdir.
Eynək seçərkən təkcə xarici görünüşə deyil, həm də rahatlığa fikir vermək lazımdır. Eynək gözə tam oturmalıdır. Daha yaxşı olar ki, göz qapaqlarını qorumaq üçün iri linzalı eynəklərə üstünlük verəsiniz (xüsusilə, qadınlarda ultrabənövşəyi şüalar göz qapaqlarında vaxtından əvvəl qırışların yaranmasına səbəb olur)
Gözlərin narahatlığı və zərərli amillərdən müdafiəsi üçün eynək linzalarının rəngləri də vacib rol oynayır. Qəhvəyi, boz, qara, yaşıl rəngli linzalar daha faydalı sayılır. Əgər gözdaxili təzyiqiniz varsa və yaxud gözlərinizdə xroniki yorğunluq hiss edirsinizsə, yaşıl rəngli linzalara üstünlük verin. Bu rəng spektrləri rəng dalğalarını bərabər payladığına görə gözləri tam müdafiə edir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:49
DİM bu gün əlavə imtahanlar keçirəcək
İqtisadiyyat
Bu gün, 11:00
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Hadisə
Bu gün, 10:53
FHN: Maşında sıxılı qalan qadın xilas edildi - VİDEO
Hadisə
Bu gün, 10:30
Beyləqanda baş verən hadisədə iki kişi xəsarət aldı
Dünya
Dünən, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Dünən, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO