Bu gün, 15:30 0 Dünya

“Təcavüz və təhqir” qalmaqalı: Tramp Carroll-a milyonlarla dollar ödəyəcək

“Təcavüz və təhqir” qalmaqalı: Tramp Carroll-a milyonlarla dollar ödəyəcək
Nyu-Yorkdakı ABŞ 2-ci Dairə Apellyasiya Məhkəməsi Donald Trampın jurnalist E. Jean Carroll-a qarşı böhtan işində verilmiş təzminat qərarını təsdiqləyib.

Məhkəmənin açıqlamasında bildirilir: “Tramp, prezidentlik toxunulmazlığı ilə bağlı əvvəlki qərarımızı yenidən nəzərdən keçirməyimiz üçün heç bir əsas ortaya qoya bilmədi.” Hakimlər həmçinin qeyd ediblər ki, alt məhkəmənin qərarlarında səhv yoxdur və münsiflər heyətinin təzminatla bağlı qərarları “ədalətli və məntiqlidir.”


Beləliklə, Trampın Carroll-a böhtan atdığı üçün ödəməli olduğu 83,3 milyon dollar təzminat qüvvədə saxlanılıb.

Donald Tramp bundan əvvəl ABŞ Ali Məhkəməsinin 2024-cü ilin iyulunda prezidentlik toxunulmazlığını federal ittihamlarla bağlı genişləndirməsindən sonra, Nyu-York məhkəməsinin Carroll-a təzminat ödəməsi barədə qərarını “həddindən artıq və etibarsız” adlandıraraq apellyasiyaya müraciət etmişdi.

81 yaşlı jurnalist E. Jean Carroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Bergdorf Goodman mağazasının paltar soyunma otağında ona təcavüz etdiyini açıqlamışdı. Tramp ittihamları rədd etmişdi.

May 2023-də keçirilən məhkəmədə Tramp “təcavüz və təhqir” işində təqsirli bilinmiş və Carroll-a cinsi təcavüz və zorakılıqdan 2 milyon dollar, böhtandan isə 3 milyon dollar olmaqla ümumilikdə 5 milyon dollar təzminat ödəməyə məhkum edilmişdi.

Bundan sonra Carroll əlavə olaraq 10 milyon dollarlıq “zərər təzminatı” iddiası qaldırmışdı. 2023-cü il sentyabrda hakim bu işdə də Trampı məsuliyyətli saymışdı.

2024-cü ilin yanvarında başlayan yeni məhkəmədə münsiflər heyəti 26 yanvarda Trampın əlavə olaraq 83,3 milyon dollar təzminat ödəməsi barədə qərar qəbul etmişdi.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: