Xoruldamaq düşündüyünüzdən daha təhlükəlidir

Əksər insanlar yatarkən xoruldayır. Bəzən bunu maraqlı hadisə kimi qarşılayır, bəzən isə yuxumuzu böldüyü üçün qəzəblə qarşılayırıq.
Ətrafa narahatlıq saçan xorultu həmin şəxsin ıziyyət çəkdiyi xəstəliklərin göstəricisi ola bilər.
Adətən kişilərdə müşahidə olunur və bunun səbəbi onlarda piylənmənin yuxarı nahiyələrdə, qadınlarda isə aşağı nahiyələrdə əmələ gəlməsidir. Xoruldamaq problemi xüsusilə xəstənin özü deyil, yaxın ətrafı tərəfindən müşahidə edilir.
Ulusum.az alimlərin kişilər üzərində apardığı araşdırmaların nəticəsinə əsasən xəbər verir ki, yumşaq damaq toxuması ilə əlaqəli olan titrəmədən irəli gələn bu problem yumşaq damaq toxumasının yumşalması və mənfi təzyiq yaratması nəticəsində əmələ gəlir.
Xoruldama probleminə səbəb olan amillər:
- Artıq çəki;
- Spirtli içki qəbulu;
- Əzələ gərginliyini bərpa edən dərmanların qəbulu;
- Qeyri-düzgün yastıq seçimi;
- Yuxu pozisiyasının səhv təşkili;
- Allergik rinit və sinusit kimi yuxarı tənəffüs yolları xəstəlikləri;
- Anatomik quruluş, burun əyriliyi.
Bütün bunlar ilk növbədə, yuxu keyfiyyətini aşağı salır, eyni zmaanda səhərlər özünü yorğun hiss etməsinə səbəb olur. Gün ərzində davamlı olaraq yuxu, unutqanlıq və diqqət problemləri ilə üzləşə bilər.

Bundan əlavə, xoruldama insan səhhətində ciddi problemlərə səbəb ola bilər. Məsələn, ürək xəstəliklərinə şərait yaradan xoruldama vücudun tələb etdiyi oksigeni qəbul edə bilməməsi ilə yanaşı, daxili orqanların zədələnməsi ilə də nəticələnə bilər. Yuxu apneası, yəni yuxuda tənəffüsün dayanması diaqnozu müalicə edilməzsə, ciddi sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, hətta ölümlə belə nəticələnə bilər.

Xoruldama problemi olan xəstələrdə ilk olaraq yuxu apneasının olub-olmaması yoxlanılmalıdır. Bunun üçün xəstəyə yuxu testi edilir. Xəstədə yuxu apneası sindromu aşkar olunmadıqda xəstəyə yalnız xoruldama müalicəsi tətbiq edilir. Xoruldama QBB mütəxəssisləri tərəfindən tətbiq edilən bəzi cərrahi müdaxilələr və radiotezlik tətbiqləri ilə də müalicə tətbiq olunur.
Qeyd edək ki, hazırda bəzi əczəxanalarda xoruldama əleyhinə satılan bəzi vasitələr sadəcə müvəqqəti həll yoludur və onlardan uzun müddətli istifadə tövsiyə edilmir. Problemin köklü şəkildə müalicəsi üçün cərraha müraciət etmək lazımdır.
Aymirə Ağamirova

Kimlər xoruldayır?

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Dünən, 20:00
“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu
Şou-biznes
Dünən, 19:00
“Qızılcık Şərbəti” yenidən ekranlara qayıdır – yeni mövsüm, yeni rejissor, yeni simalar!
Sağlamlıq
Dünən, 17:30
Həyəcanlı İnsanlar Nələri Yeməməlidir?
Dünya
Dünən, 16:30
25 ölkənin Qəzza bəyanatına İsraildən Sərt Reaksiya
Sağlamlıq
Dünən, 13:30
Maddələr mübadiləsi nə vaxt zəifləyir?
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi