Sellülitin azaldılması və müalicəsində əvəzsiz üsul

Əgər yazın gəlişi ilə sellülitiniz sizi daha çox narahat edirsə, bu məlumat sizin üçün faydalı ola bilər.
Selülit nədir?
Əsasən artıq çəkili insanlarda sıx rast gəlinən bu problem arıq insanları da narahat edə bilir. Bununla da, məlum olur ki, sellulit çəki ilə bağlı deyil. Bəs xüsusilə yay aylarında özünü qabarıq göstərən qadınların "baş bəlası" selülit nədir?
Dərinin alt qatında,yağ toxumasının ətrafında meydana gələn və dərinin yuxarı hissəsində çopur bir görünüşə səbəb olan xəstəlikdir. Selülitin qadınlara kişilərdən daha çox təsir etməsinin əsas səbəbi qadınların dəri quruluşundakı fərqdir.
Dərini tor kimi saran və möhkəmlik verən kollagen liflər qadın orqanizmində piy hüceyrələrinin toplanması üçün daha uyğundur. Bu məqamda bəzi qadınların artıq çəkidən əziyyət çəksələr də, onlarda daha az sellülit olur.
Mütəxəssislər hesab edirlər ki, bu, genetik xəstəlikdir. Eyni şəkildə bu "kollagen liflər" nəzəriyyəsi də az çəkili qadınların bədənlərində sellülit olmasının səbəbi kimi izah edilir.
Selülit yaranma səbəbləri
Genetik faktor, yaşlanma - Yaşlaşdıqca dəriniz elastikliyini və möhkəmliyini itirməyə başlayır. Dərinin xarici təbəqəsi zəifləyir, daha nazik olur və cazibə qüvvəsinin təsirin məruz qalır. Bu isə dərinin altında saxlanılan piylərin səthə doğru yığılmasına gətirib çıxarır.
Hormonlar - araşdırmalara görə, sellülitin yaranmasında hormonların da rolu var. Müxtəlif mənbələrdə estrogen, insulin, noradrenalin, tireoid və prolaktin hormonlarının selülitin əmələ gəlmə prosesində rol oynadığı bildirilib.
Artıq yağlar - Selülitin əmələ gəlməsinə nəzər saldıqda görürük ki, sellülit bir mənada «piy» deməkdir. Bədəninizdəki piylər nə qədər yüksəkdirsə, toxumalar da bir o qədər çox yığılaraq, aydın görünür. Müntəzəm idman hərəkətləri və çəki qaldırmaq çıxış yollarından biridir.
Qidalanma və yanlış pəhrizlər - Əgər siz qidalandırıcı və ya həkimlə məsləhətləşmədən təkbaşına pəhriz saxlayırsınızsa və bunu tez-tez təkrarlayırsınızsa, sellülitə yol açmış olursunuz. Tez-tez çəkinin itirilməsi dərinin boşalması və sellülitə səbəb olur.
Həyat tərzi
Müşahidələrə əsasən, sellülit şikayətləri daha çox siqaret çəkənlərdə, mütəmadi hazır qidalar qəbul edənlərdə və gün ərzində çox az hərəkət edənlərdə müşahidə olunur. Qəhvə və siqaret orqanizmdə qan dövranına mənfi təsir edir, sellülit artır.
Odur ki, necə deyərlər, gözəllik qurban tələb edir. Əgər sellulitsiz və cəlbedici vücuda sahib olmaq istəyirsinizsə, o zaman adət etdiyiniz ziyanlı vərdişlərdən uzaq olmalı, yuxarıda qeyd olunan digər nüanslara önəm verməlisiniz.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Dünya
Bu gün, 20:00
“Kurtlar Vadisi”nin məşhur aktyoru dünyasını dəyişdi
Siyasət
Bu gün, 19:40
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Siyasət
Bu gün, 19:37
Şahbaz Şərif Azərbaycana gəlib
Hadisə
Bu gün, 19:37
Gömrükçülər külli miqdarda brilyant qaş aşkar edib
İqtisadiyyat / Dünya
Bu gün, 19:00
AMB Prezidenti deyir ki, İnflyasiya hədəfə çatdı, amma tam bitməyib
Şou-biznes / Dünya
Bu gün, 17:30
Kanye West-ə Hitlerə həsr etdiyi mahnıya görə bir ölkəyə giriş qadağan edildi
Şou-biznes / Dünya
Bu gün, 15:30
CNN: P. Diddy 3 oktyabra qədər həbsdə qalacaq
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Xəzər Universitetinin Məzun Günü mərasimi
Tramp Xameneini ölümdən qurtardığını deyir