2-06-2024, 10:30 0 Gündəm / Cəmiyyət

Sizə xəyanət edir? Xəyanəti göstərən əlamətlər.. FOTO

Sizə xəyanət edir? Xəyanəti göstərən əlamətlər.. FOTO

Xəyanət nədir?


Xəyanət romantik münasibətdə olan insanlardan birinin digəri ilə emosional, fiziki və cinsi əlaqə qurması zamanı baş verən prosesdir. Xəyanət cütlük arasında böhranlara səbəb ola və hətta münasibətlərin üzərindən xətt çəkə bilər. Aldadılan insana şiddətli ağrı, şok, partnyoruna qarşı qəzəb, özünə qarşı hörmətsizlik, dəyərsizlik hissləri müşayiət olunur. Fırıldaqçı kədər, peşmanlıq, acizlik, günahkarlıq və qəzəb kimi duyğular hiss edə bilər.

Xəyanətə səbəb olan amillər


Ulusum.az xəbər verir ki, hər kəs münasibətdə olduğu insana eyni səbəblərdən xəyanət etmir. Onun bir çox səbəbkəri ola bilər. İnsan emosional olaraq boş ola bilər. Partnyorunun onunla maraqlanmamasından, onu anlamadığından, onunla nəyisə bölüşə bilməməsindən və özünü tənha hiss etməsindən şikayət edərək fərqli bir münasibətə ehtiyac duyur. Və ya fiziki əlaqə problemləri ola bilər. Qarşı tərəf insanın cinsi gözləntilərini qarşılaya bilməyə bilər. Və bu vəziyyət ər-arvad arasında müzakirə olunmazsa, bu, problem getdikcə daha da dərinləşir, nəticədə başqa bir insanla cinsi yaxınlıq yarana bilər.

Bəzən qarşı tərəf bu xəyanətdən xəbərsiz ola bilir.

Ulusum.az xəyanəti biruzə verən əlamətləri təqdim edir:

1Yaxasında və geyimlərində dodaq boyası ləkələri, bəzi izlər, saçında, ya da paltarlarında başqa bir qadının qoxusu... Səhər başqa alt paltarıyla gedib axşam başqası ilə qayıdanlar. Əsasən də bu hallar bir neçə dəfə baş veribsə...

Xarici görkəminə həmişəkindən daha çox diqqət ayırırsa... Daha yaxşı geyinir, birdən-birə təraşdan sonra ətirdən həddən ziyadə istifadə edirsə, anidən idmana həvəsi oyanırsa və ağırlıq məşqlərinə başlayır, hər dəfə istifadə etdiyi ətri, geyim tərzi qəfil dəyişir...
Keçmiş zamanlardan fərqli olaraq evə gəlib çimməsi, ya da yatağa girmədən öncə duş alması da xəyanətin carçısı ola bilər. Çünki bunu digər qadının qoxusu üzərindən getsin deyə edə bilər.

Digər qadına aid hər hansı bir izin qalmaması üçün də maşınını tez-tez təmizləyə bilər.

Qəfildən ərinizin iş saatı artır, hətta bəzən işdən dolayı səyahətlərə çıxırsa, gündəlik məsrəflərində ciddi bir artım görürsünüzsə, bunlar ərinizin həyatına başqa bir qadının girdiyindən xəbər verir.

Yanınızdadır, amma sizinlə deyil. Hər nə qədər fiziki olaraq yanınızda olsa da, əriniz öz dünyasındadır və əslində həqiqətən də sizinlə bərabər deyil...

Sizi artıq görməz hala gəlib, hətta səsinizdən də yorulduğunu hiss edirsinizsə, sizi qısqanc, ya da dəli, paranoik və s. olmaqda günahlandırır. Qabaqdangəlmişlik etmək partnyorlarına xəyanət edənlərin ən sıx istifadə etdiyi silahdır. Sizi özünüzdən şübhələnməyə sövq edəcək bəzi bəlli taktikaları var. Əgər normalda qısqanc biri deyilsinizsə, o zaman daxili səsinizə güvənin.

Əriniz sizə sms mesajlarını və mail-lərini göstərir. Aldatma mövzusunda peşəkarlaşmış kişi başqa qadınlarla görüşmək üçün başqa mobil telefondan istifadə edəcək mütləq. Sosial media mesajlarına gəlincə isə, axmaq biri deyilsə, təbii ki, orada sizi aldatdığını göstərəcək paylaşımlar etməyəcək.

Birdən-birə ortaya çıxan mədəni davranışlar. Məsələn, televizorda nəyə baxmaq istəsəniz, icazə verir, sizə hədiyyələr alır, ən çox bəyəndiyiniz restorana yeməyə aparmaq istəyir. Əvvəllər problem yaradırdısa, indi rəfiqələrinizlə görüşməyə icazə verir... Bu durum iki səbəbdən ola bilər. Həyat yoldaşını aldadan kişilərdən bəziləri digər münasibətlərə görə daha xoşbəxt olmağa başlayırlar. Bəziləri isə xəyanət etdiyinə görə özünü günahkar sayar və bu cür jestlərlə sanki günahlarını yumağa çalışırlar.

Bəlkə də, tam tərsidir, əriniz daim sizdə qüsur tapır və ya onu aldatdığınızı düşünür. Xəyanət edən kişi bəzən belə də anlayır: "Mən onu hiss etdirmədən aldada bilirəmsə, bəlkə, elə o da məni eyni şəkildə aldadır?"
Sizə xəyanət edir? Xəyanəti göstərən əlamətlər.. FOTO

İş yoldaşlarınızın, dostlarınızın və ailə üzvlərinizin xəbərdarlıqları, atmacaları da önəmlidir... Ehtimal ki, insanlar yaxşılığınızı istəyir və sizin bilmədiyiniz şeylərdən xəbərdardılar.

Daxili səsiniz ərinizin sizi aldatdığını sanki hayqırır. Bəlkə, bunu sübut etməyə bir dəlil tapa bilmirsiniz. Amma bu, daxili səsinizin söylədiyinin yalan olduğu demək deyil.

Bütün bu ipuclarından yalnız bir, ya da ikisi bir şey ifadə etməyə bilər. Ancaq sadalananlardan ən az yarısını hiss etmisinizsə, deməli, xəyanətin qurbanısınız.

Aymirə Ağamirova
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: