4-06-2024, 22:00 0 Gündəm / Cəmiyyət

İsti havada niyə xəstələnirik? - Səbəb

İsti havada niyə xəstələnirik? - Səbəb

Qışda və dəyişkən xarakterli yaz aylarında xəstələnmək adi hal kimi qiymətləndirilir. Amma yay aylarında da xəstəliklər baş qaldıra bilir. Xüsusilə qrip, boğaz ağrısı kimi infeksiya xəstəliklərinə tutulma halları da bəzən qaçılmaz olur.


Ulusum.az-ın əldə etdiyi məlumata əsasən, yayda xəstələnmənin aşağıdakı səbəbləri var:



Təəssüf ki, qışda arzusunda olduğumuz isti yay ayları da sizi xəstə edə və bir çox insanı yatağa sala bilər. Əsasən, kondisionerlərdən korkoranə istifadə, qulağa su sızması kimi amilər xəstəliklərə yol aça bilər.

Hovuz və dəniz suyu, xarici qulaq iltihabının səbəbi


Dəniz, xüsusilə də hovuz suyu xarici qulaq kanalının qoruyucu hissəsinə dolur və burada mikrobların məskunlaşmasına şərait yaradır.
Dəniz və hovuz suyu ilə yanaşı, qulaq çubuqlarından istifadə də xəstəliyə yol açır. Şiddətli ağrı və tıxac hissi ilə özünü büruzə verən bu bəladan qaçmaq üçün təmizliyindən əmin olmadığınız hovuzlardan uzaq durun. Qulaqları fiş və ya bonnetlərlə qoruyun, dənizə və hovuza daxil olarkən qulaq çubuqlarından istifadə etməyin.

Kondisionerlər yuxarı tənəffüs yollarının infeksiyasına səbəb ola bilər


Qış aylarında daha çox rast gəlinsə də, yuxarı tənəffüs yollarının infeksiyalarını yay aylarında kondisioner və ya digər sərinkeşlərlə əlçatan edirik.

Əgər 30 dərəcə istidə qış şəraitinin necə baş verəcəyi sizi narahat edirsə, cavab sadədir: Kondisionerlər. Quru və soyuq hava yuxarı tənəffüs yollarında mikroblara qarşı müdafiə mexanizmlərini ləngidir və bu da infeksiyaların inkişafını təmin edir.

Yayda kondisionerin qurbanı olmamaq üçün otağın ölçüsünə uyğun kondisionerdən istifadə etmək lazımdır. 22 dərəcədən aşağı temperatur parametrlərini aşağı salmayın. Birbaşa kondisioner cərəyanı altında yuxulamamağa çalışın.

Yay aylarında qripə yoluxma zamanı xəstəlik qışa nisbətən daha ağır keçir. Bir yandan havanın, bir yandan da vücudda baş qaldıran hərarət bədəni haldan salır ki, bu da xəstəliyin irəliləməsinə gətirib çıxarır. Odur ki, çalışın yayı sağlam keçirəsiniz.
Aymirə Ağamirova

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: