Qoyun əti bahalaşacaq?

Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvalar arasında yayılan brusellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Ekspertlər hesab edirlər ki, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun əti məhsullarının qiymətində artım yarada bilər. Bu isə öıləmizə idxal olunan qoyun ətinin qiymətin qalxmasına səbəb ola bilər.
Bəs Rusiyadan gətirilən ətlər harada istifadə olunur?
Ulusum.az Xezerxeber.az-a istinadən bildirir ki, xırdabuynuzlu heyvanların sayındakı azalma daxili tələbatı idxaldan asılı hala salır.
Bu heyvanların da idxalda böyük hissəsi Rusiya və Gürcüstanın payına düşür. Mütəxəssislər bildiriblər ki, xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosiska və konservləşdirilmiş qidalarda, bəzi restoran və yemək hazırlayıb çatdıran şirkətlərdə istifadə olunur. Buna səbəb isə xərclərin aşağı salınması, eləcə də əhaliyə ucuz və keyfiyyətli məhsulların təqdim olunmasıdır.
Rusiya mətbuatında yer alan məlumatlara görə isə, xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, keçi və qoyunların sağılması qadağan edilib.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Gürcüstan bazarından sonra Rusiya bazarına da məhdudiyyət qoyularsa, bu ölkədən gətirilən ətdən hazırlanan məhsulların qiymətinin yüksəlmə ehtimalı var. Bu artım isə əsasən restoranlarda və konservləşdirilmiş məhsullarda hiss oluna bilər.
Ekspert bildirib ki, son dövrlər qoyun ətinin qiymətində davamlı artımlar müşahidə olunur. Bunun səbəbi isə saxlanılan qoyunların azalması, həm də fermerlərin üzləşdiyi müəyyən çətinliklərdir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
İdman
Dünən, 16:30
Futbol millimiz Qarabağa getdi
Hadisə
Dünən, 16:00
Tanınmış kouç və psixoloq vəfat etdi
Dünya
Dünən, 14:30
Yəmənin paytaxtında partlayışlar qeydə alındı
Dünya
Dünən, 14:00
ABŞ-ın birinci ledisindən Putinə çağırış - FOTO
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO