Çadır toyları restoran biznesini "vurdu"

"Palatka toyu", "Qapı toyu", "Çadır toyu" dedikdə adətən köhnə nəslin üzündə təbəssüm yaranır, "o toylar bir başqa idi", ifadəsini səsləndirirlər.
Çünki bir vaxtlar Azərbaycanın hər bir yerində toylar məhz bu şəkildə keçirilirdi. Sonradan bütün sahələrdə olduğu kimi, toylarımız da müasirləşdir, nəticədə, olduqca gəlirli biznes sahəsinə çevrilən restoran toylarına üstünlük verilməyə başlanıldı.
90-cı illərdə isə məclislər restoran mühitində keçirilməyə başladı, ənənəvi toylar, yəni çadır toyları isə yalnız ucqar kəndlərdə baş tuturdu.
Lakin Ulusum.az-ın son araşdırmalarına görə, son 1 ayda Bakı kəndlərində 60-a yaxın çadır toyu gerçəkləşib.
Restoran toylarında israfçılıq, qiymətlərin baha olması və əksər restoran sahiblərinin müştəriləri aldatması, çadır toylarına tələbatı artırıb.
Çadır toyunda yeməklərə xərclənən orta hesabla 12 min manat pulla razı qalan qonaqları restoran toyunda 25 min manata da razı salmaq mümkün deyil. Bir sözlə, artıq çadır toylarının adı da, dadı da qonaqların ürəyincə olub.
Təkcə ötən həftə Mərdəkan, Qala, Qobu, Biləcəri və Fatmayi kəndlərində 20-ə yaxın çadır toyunun baş tutduğu deyilir.
Ötən gün Novxanıda keçirilən çadır toyunun sahibi Elman Qasımov Ulusum.az-a açıqlamasında məclisdən razılığını bildirib:
"Çadır və yemək xərcləri 600 nəfər insanı əhatə etməklə, cəmi 14 min manata başa gəldi, hər kəs də razı qaldı. Menyuda şirin və spirtli içkilər, bozbaş, kabablar və mayonezsiz bütün növ salatlar olub. Bu məbləğə restoranda toy etsəydik nə dadı olacaqdı, nə də cibimizdə pul qalardı. Əsas isə musiqi akustikası bir başqa möhtəşəm idi, heç bir restoran toyunda o həzzi almaq mümkün deyil", - deyə toy sahibi vurğulayıb.
Qeyd edək ki, toy sahibləri ilk növbədə, toy adət-ənənələrimizi geri qaytarmaq, isti ab-havanı aşılamaq üçün çadır məclislərinə üstünlük verirlər.
Son onilliklərdə restoran toylarına maraq xeyli artdığından paytaxtla yanaşı, regionlarda da addımbaşı dəbdəbəli restoranlara rast gəlinir. Amma həmin şadlıq evlərinin günü-gündən artan xidmət haqları hər kəs üçün sərfəli deyil.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 14:00
Çində dövlət qulluqçularına “xarici izolyasiya” başladı
İqtisadiyyat / Dünya
Bu gün, 13:30
BMW altı ayda mənfəətinin üçdə birini itirdi — satışlar da azalıb
Ədəbi sənət / Mədəniyyət
Bu gün, 12:06
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Mətbəx
Bu gün, 11:30
Niyə əti suda əritmək olmaz?
Dünya
Bu gün, 11:00
“Onlar hiyləgərdirlər”: Tramp Rusiyaya qarşı sanksiyaların effektivliyindən şübhələndi
Mətbəx
Bu gün, 10:53
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi