Məktəblərdə direktor müavini seçimi - Mayın 30-da

Direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.
Mayın 30-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi baş tutacaq.
Bu barədə ulusum.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Müsahibəyə müsabiqənin test imtahanı mərhələsində uğur qazanan 18 namizəd dəvət edilib.
Müsahibə Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında (Şəmkir şəhəri, Nizami küçəsi 71) keçiriləcək.
Ulusum.az müsahibə zamanı yoxlanılacaq meyarları təqdim edir:
- Vəzifə üzrə biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Qeyd edək ki, bu barədə məlumat namizədlərin əlaqə nömrələrinə göndərilib.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat
Bu gün, 10:51
Pensiya ödənişləri artıb - AÇIQLAMA
İdman
Bu gün, 10:30
PSJ UEFA Superkubokunun sahibinə çevrildi - VİDEO
Mətbəx
Bu gün, 10:15
Qışa hazırlıq: Bilənlər bilir…
Dünya
Bu gün, 10:00
Makron Fransanın qaralıq keçmişini açdı
Hadisə
Bu gün, 09:03
Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünya
Bu gün, 09:00
Tramp Putini “ciddi nəticələrlə” hədələyib
Sağlamlıq
Dünən, 18:00
Yay İstisində İdman: Ürəyimizi Necə Qoruyaq?
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO