Bu gün, 12:05 0 Hadisə

Qusarda ana doğuşdan sonra həyatını itirdi

Qusarda ana doğuşdan sonra həyatını itirdi
Qusarın Xuray kənd sakini Yasəmən Firuddin qızı Ospatova qeysəriyyə əməliyyatından sonra həyatını itirib.

Belə ki, 33 yaşlı hamilə qadın avqustun 11-də Qusar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Onun qız övladı dünyaya gəlib.

Bir gün sonra isə Y. Ospatova komaya düşüb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Bu, Y. Ospatovanın ikinci hamiləliyi olub. Dünyaya gələn qız uşağının vəziyyəti yaxşdır, körpə sağlamdır. Faktla bağlı araşdırma aparılır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: