Bu məktəblərdə operativ monitorinqlər KEÇİRİLİR - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.
Ulusum.az xəbər verir ki, seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə monitorinqlərin təşkil olunmasının əsas məqsədi tədrisin və kadrlarla işin təşkili vəziyyətinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğunun yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsinin yoxlanılması, səmərəli tədris mühitinin formalaşdırılmasına dəstək verilməsindən ibarətdir.
Monitorinqlər zamanı, həmçinin sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri ilə bağlı müşahidələr aparılır.
Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Elm və Təhsil Nazirliyinin əmri ilə müvafiq komissiya yaradılıb. Monitorinqlərin yekununda təhsil müəssisələrinin rəhbərlərinə səmərəli tədris mühitinin təmin olunması üçün müvafiq təklif və tövsiyələr verilir.
Qeyd edək ki, tədris ilinin sonuna qədər davam etməsi nəzərdə tutulan operativ monitorinqlərin nəticələrinə uyğun olaraq nöqsanlar aşkar olunan ümumi təhsil müəssisələrinin rəhbərləri barədə müvafiq intizam tənbeh tədbirləri görülür. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 198 və 306 nömrəli tam orta məktəblərdə mayın 14-də keçirilmiş monitorinq prosesinin gedişatını izləyib.
Monitorinqlərin məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Bu gün, 13:31
Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
Şou-biznes
Bu gün, 13:30
“Supermen”in General Zod-u Terens Stemp vəfat etdi
Cəmiyyət
Bu gün, 13:06
Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb
Hadisə
Bu gün, 12:32
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb
Dünya
Bu gün, 12:30
Zelenski-Tramp görüşü öncəsi Avropa narahatlığı
Sağlamlıq
Bu gün, 11:30
37 yaşdan sonra analıq: Risklər və möcüzələr
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO