Tonlarla məhsul sel sularının altında qaldı VİDEO

Kür çayı daşaraq məcrasından 2 kilometr kənara çıxıb.
Tovuzun Hunanlar kəndi ərazisində Kür ətrafı əkin sahələri, taxıl sahələri, ərik bağları və biçənəklər sel sularının altında qalıb. Kənd sakinləri əsasən kök və çuğundur əkini ilə məşğul olur.
Fermerlərin Ulusum.az-a verdiyi açıqlamaya görə, hektarlarla ərazi, tonlarla məhsul artıq yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür.
Kür ətrafı meşəliklər də sel sularına qərq olub. Kürdə suyun səviyyəsi orta hesabla 2 metrə qədər yüksəlib. Hazırda suyun səviyyəsi artmaqda davam edir. Əhaliyə dəyən maddi ziyanla bağlı Rayon İcra Hakimiyyətinin nəzdindəki Fövqəladə Komisiyyası tərəfindən baxış keçirilib.
Bildirilib ki, təbii fəlakətlə bağlı əhaliyə xəbərdarlıq edilib. Əkin sahələrinin sığortalı olması da dəyən ziyanın qarşılanması üçün vacib olan amillərdən biridir.
Ulusum.az Qər Bürosu
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:00
Yay İstisində İdman: Ürəyimizi Necə Qoruyaq?
Hadisə
Dünən, 17:04
Bloqer Səlim Milli vəfat etdi
Dünya
Dünən, 16:00
CNN Putinlə Trampın görüşünün dəqiq yerini öyrənib
Maraqlı
Dünən, 13:30
Evinizin ətrafında bayquş görsəniz - SEVİNİN
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO