Tovuzda yerköküyə alıcı TAPILMIR - EKSKLÜZİV
Tovuzda yerkökünün kütləvi yığımına başlanıb.
Tovuz rayonun Hunanlar kəndində becərilən bu bitkinin məhsuldarlığı bu il yaxşı olsa da, alıcı və qiymət azlığı yaşanır. Kök kənddən yığılaraq birbaşa xarici ölkələrə ixrac edilir, amma qiymətlər fermerləri qane etmir.
Təsərrüfat sahibi Xumar Abbasova: “Keçən il bu vaxt yaxşı idi. 90 qəpik, 1 manat idi. Kök təzə çıxıb, indi vaxtına görə qiymət çox düşüb. Ona görə qane etmir, əziyyəti çoxdur. Özümüz su ilə yığırıq, əlimiz, ayağımız suda olur...”
Tovuzun Kür qırağında yerləşən Hunanlar kəndinin sakinləri kütləvi halda yerkökü becərməklə məşğuldurlar. Burada demək olar ki, hər bir ailə kök əkir. Təsərrüfat sahibləri bir hektar sahəyə 3 min manat xərclədiklərini deyirlər. Qış aylarında örtülü şəraitdə becərilir, yazda havalar isinəndə isə sellofan örtüklər götürülür, aprelin sonu mayda isə yığımına başlanır.
Təsərrüfat sahibi Rəna Gözəlova: “Məhsuldarlıq yaxşıdır, amma alıcımız yoxdur. Düzdür, xaricə aparmaq üçün gəlib aparırlar. O da cəmi 5 ton məhsul götürürlər. Bu, bizi qane eləmir. Deyirlər başqa ölkələrdən də çox kök gəlir. Ona görə də bizim becərdiyimizi götürmürlər...”
Fermerlər deyirlər ki, alıcılar tərəfindən məhsulun standartları seçilir. Təxminən 1 ton kökdən 600-700 kiloqramı sağlam məhsul kimi qablaşdırılıb ixraca göndərilir. Bu da təsərrüfat sahibi üçün itki sayılır. Üstəlik, alıcılar məhsulun əkin vaxtları indiyə qədər hər il yaxşı qiymət təklif edirdilərsə indi 70 qəpikdən yuxarı alan yoxdur.
Fermer Rövşən Qəşəmov: “Alıcı qüvvəsi çox zəifdir. Keçən il bu ilkindən yaxşı idi. Bu il çox zəifdir. İndi kökü suvarıb çıxarırıq. Suladıqca çıxarmalıyıq. Bir gün suda qalanda xarab olur. Belə çətinliklərə görə köməkdarlıq olsa yaxşı olar. Keçən il yerkökünün bir kiloqramını 1 manatdan satmışıq. İndi 70 qəpikdən başlayıb, neçədə qurtaracaq Allah bilir. Yığılana qədər 1 kilosuna 45 qəpik maya qoyulur. Yığılmaq daxili, fəhləsi, traktoru, yuyulması, rasxodu çoxdu amma alıcı qüvvəsi çox azdı. Bakıya demək olar ki mal çıxmır. Bütün bazarlar dirənib”.
Kök əl əməyi ilə, sahəyə su buraxıldıqdan sonra toplanır. Belə olanda kökü torpaqdan çıxarmaq da asan olur. Lakin bununla da iş bitmir. Məhsulu kənd sakinləri evlərinə gətirdikdən sonra işin növbəti prosesi aparılır. Torpaqdan çıxarılan zaman palçıqlı olan bitki bazara hazırlanarkən xüsusi yerlərdə yüksək təzyiqli su şırnaqları ilə yuyulur, təmizləndikdən sonra məhsul bir-bir qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir.
Yerkökü bir neçə gün suda qaldıqda xarab olur. Bu səbəbdən, məhsul mümkün qədər tez satılmalıdır.
Hunanlar kəndində hazırda yerkökü ilə bərabər, süfrə çuğundurunun da yığımı aparılır. Ötən il Tovuzda 217, 5 ha sahədə yerkökü əkilib, bundan da 6 min tondan çox məhsul istehsal edilib. 63 ha sahədə isə süfrə çuğunduru əkilib, ondan 1332 ton məhsul əldə olunub.
Ulusum.az saytının Qərb Bürosu məsələni iqtisadçı Eyyub Kərimli ilə aydınlaşdırıb:
"İqtisadiyyatın istənilən sahəsində fəaliyyət göstərən fermer və sahibkarların istehsal edəcəyi məhsulu, gələcəkdə satış imkanlarını, tələbi və bu sahədə olan təklifi, həmçinin satış bazarlarını araşdırması üçün müəyyən məlumtlar, təhlillər və ya araşdırmalar aparmağı daha məqsədə uygun olardı. Bu məlumatlar onların fəaliyyətini istehsal etdiyi məhsulların daha düzgün tənzimlənməsinə dəstək olar. Digər tərəfdən düşünürəm ki, bu sahədə məşğul olan fermerlərimiz, digər fermerlərlə kommunikasiya qurmalı, birliklər və assosiasiyalar yarada bilərlər. Gələcəkdə tələbi tənzimləmək üçün birgə fəaliyyətlər koordinasiya edib, təklifi və tələbi tənzimləyə bilərlər. Eyni zamanda onların yaratdıqları birliklər, müəyyən təkliflərlə hökümət qarşısında da çıxış edə bilərlər".
qeyd edək ki, bu il yerkökü sahəsi bir qədər də artırılaraq 239 hektara çatdırılıb. Kök yığımı yayın ortalarına qədər davam edəcək.
Ulusum.az saytının Qərb Bürosu

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
29-04-2024, 11:04
Yaz aylarında müşahidə edilən yağıntılardan sonra qərb bölgəsində əksər taxıl sahələrində alaq otlarına, xüsusən də
5-05-2024, 03:30
"Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır.
30-04-2024, 16:57
Azərbaycanda populyar müğənnilərin toy qiymətləri hər zaman müzakirə mövzusu olub. Son günlər də sosial şəbəkələrdə bu
21-04-2024, 10:27
Fövqəladə Hallar Nazirliyindən ULUSUM.az saytına verilən məlumata əsasən, 12 aprel 2024-cü il tarixində Kür çayının
27-04-2024, 11:24
Planetlərin və astroloji aspektlərin təsiri altında müəyyən əlamətlər artan enerji, ilham və şansla qarşılaşa bilər.
Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 21:03
Xoruldamağın qarşısını necə almaq olar?
Cəmiyyət
Bu gün, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib