Zatulin: "Paşinyan əclafdır!"

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibədə uduzduğuna görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.
Ulusum.az xəbər verir ki, bunu "Qazeta.ru"ya müsahibəsində Dövlət Dumasının deputatı, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin deyib.
O, Paşinyanın 2020-ci ildə Bakıya yardım göstərdiyinə görə KTMT-yə üzv iki ölkəyə qarşı ittihamlarını belə şərh edib:
"Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi uğursuzluğa düçar etmiş və itirmişdir".
O, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki ölkəsi deyərkən Rusiya və Belarusu nəzərdə tutduğunu bildirib.
Qeyd edək ki, Paşinyan ötən gün "KTMT-yə üzv iki ölkəni Azərbaycana yardımda" ittiham edib: "2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən KTMT-nin iki ölkəsini tanıyıram ki, bizə qarşı müharibəyə hazırlıqda iştirak edib".
Paşinyan həmin ölkələrin adını çəkməyib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 14:30
Daimi narahatlıq: Zehni sakitləşdirməyin yolları
Kriminal
Bu gün, 14:02
Sərhəddə külli miqdarda narkotik əldə edildi
Sağlamlıq
Bu gün, 14:00
Bu giləmeyvə sayəsində qocalma prosesi yavaşlanır
Dünya
Bu gün, 12:30
Tramp: “Zelenski Putinlə razılaşmalıdır”
Mətbəx
Bu gün, 12:00
Soyuq Qəhvə Resepti – Yayın Ən Sərin Dadı!
Dünya
Bu gün, 11:30
Danışıqlar günü də öldürürlər – Zelenskidən sərt mesaj
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO