Bakıya gələn məşhurların sayı durmadan artır - Səbəb?

Son dövrlər Bakıya gələn məşhurların sayı durmadan artır.
Bununla bağlı türkiyəli menecer Naci Yılmaz Ulusum.az-a danışıb.
N.Yılmaz hesab edir ki, Azərbaycan türkiyəli müğənnilər üçün ən sərfəli ölkədir:
[i]“Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilir. Burada dillərimizin eyni olması eyni ab-havaya zəmin yaratması deməkdir.
9 ildir müxtəlif türkiyəli müğənnilərin konsertlərini təşkil edirəm, Bakı və Gəncəyə 15-16 dəfə səfər etmişəm. Heç birində qonarar, məkan, bilet satışı problemi olmayıb".[/i]
Digər ölkələrdə də təşkilatçılıq işlərini həyata keçirdiyini deyən müsahibimiz həmin ölkələrdə bir çox problemlərlə qarşılaşdığını dilə gətirib:
"Qardaş Azərbaycana gediş-gəliş də olduqca rahatdır. Yay mövsümündə daha çox türkiyəli ulduzları Bakıya gətirmək niyyətindəyik".
Türk məşhurların Azərbaycanda böyük sevgi ilə qarşılandığını vurğulayan menecer yaxın zamanda onların onların intizarına son qoyacaqlarını anons edib.
"Paytaxt Bakıda avqust və sentyabr aylarında ard-arda konsertlər olacaq. Sizə, ancaq onu deyə bilərəm ki, Türkiyənin ən populyar ulduzları yaxın zamanda Azərbaycana gələcək”.
Qeyd edək ki, təkcə son 2 ayda 22 türkiyəli ulduz müğənni və aktyorlar Azərbaycanda olub.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri