Dünən, 20:21 0 Dünya

ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi

ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi
ABŞ prezidenti Donald Tramp Hindistandan idxal olunan məhsullara əlavə 25 faiz rüsum tətbiq olunması barədə fərman imzalayıb. Bu qərar Hindistanın Rusiya neftini almaqda davam etməsi ilə izah olunur. Məlumatı Ağ Ev yayıb.

Rəsmi açıqlamada qeyd olunub ki, əlavə rüsum Rusiya nefti və silahlarının alınması halında tətbiq olunan “cərimə” xarakterli tariflərlə həyata keçiriləcək. Yeni fərmanla Hindistandan gətirilən məhsullara tətbiq edilən ümumi rüsumların həcmi 50 faizə çatacaq. Lakin istisna hallar – məsələn, artıq yolda olan göndərişlər – bu tarifdən kənarda qalacaq.

Prezident Trampın sözlərinə görə, qərarın əsas səbəbi Hindistanın Rusiya ilə hərbi və enerji sahəsində sıx əməkdaşlıq etməsidir. Vaşinqton bu əməkdaşlığı Ukrayna müharibəsinə dolayı dəstək kimi qiymətləndirir.

Ağ Ev əlavə edib ki, Rusiya neftinin idxalını davam etdirən digər ölkələr də analoji sanksiya xarakterli tariflərlə üzləşə bilərlər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: