Tramp niyə böyük banklarla işgüzarlığa davam edə bilmir?

ABŞ-ın ən iri banklarından olan JPMorgan Chase və Bank of America, Donald Tramp Ağ Evi 2021-ci ilin yanvarında tərk etdikdən sonra ona xidmət göstərməkdən imtina ediblər. Bu barədə The New York Post öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin iddiasına görə, bu qərarın əsas səbəbi 2021-ci il yanvarın 6-da Kapitoli binasına edilən hücum ətrafındakı qalmaqal olub.
Nəşrin yazdığına görə, ABŞ-ın maliyyə tənzimləyici qurumları və Federal Ehtiyat Sistemi banklara xəbərdarlıq ediblər ki, Trampın — o dövrdə artıq keçmiş prezidentin — vəsaitlərini saxlamaq, banklar üçün “reputasiya riski” daşıyan şəxslərlə iş görmək qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Bankın yüksək vəzifəli rəhbərlərindən biri qeyd edib:
“6 yanvardan sonra Tramp son dərəcə həssas bir mövzuya çevrildi. Tənzimləyicilər bizə açıq şəkildə bildirdilər ki, onunla heç bir işimiz olmamalıdır.”
5 avqust tarixində Donald Tramp CNBC telekanalına verdiyi müsahibəsində bildirib ki:
JPMorgan ona 20 gün vaxt verib ki, bankdakı “yüz milyonlarla dollarını” başqa kredit təşkilatına köçürsün.
O, həmçinin Bank of America-ya 1 milyard dollardan çox məbləğdə depozit yerləşdirməyi planlaşdırdığını, lakin bankın rəhbəri Brayan Moynihan ilə şəxsi danışığa baxmayaraq, bankın bu təklifi rədd etdiyini bildirib.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da, Trampın tərəfdarları, 2020-ci il prezident seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı çağırışlardan sonra ABŞ Konqresinin Kapitoli binasını zəbt etmişdilər. Bu hadisə nəticəsində Konqresin birgə iclası dayandırılmış və Joe Biden-in qələbəsinin rəsmiləşdirilməsi prosesi təxirə salınmışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:21
ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi
Dünya
Bu gün, 20:14
Tramp və Zelenski arasında danışıqlar gedir
Sağlamlıq
Bu gün, 19:00
İstidə baş ağrısının səbəbi?...
İdman
Bu gün, 16:00
Qəşəm Məmmədov ABŞ-a dəvət olundu
Hadisə
Bu gün, 15:27
İstirahət yolunda faciə: Qaxa gələn ailə qəzaya düşdü
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri