Bu gün, 18:00 0 Dünya

Bill və Hillari Klintonlar Epstein işi üzrə dindiriləcək

Bill və Hillari Klintonlar Epstein işi üzrə dindiriləcək
ABŞ-ın keçmiş prezidenti Bill Klinton, keçmiş dövlət katibi Hillari Klinton və bir sıra digər şəxslər biznesmen Ceffri Epşteyn işi üzrə ABŞ Konqresinin Nəzarət Komitəsi tərəfindən ifadə verməyə çağırılıb. Bu barədə Associated Press məlumat yayıb.

“Komitə… keçmiş prezident Bill Klinton, keçmiş dövlət katibi Hillari Klinton və səkkiz keçmiş yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşı üçün ifadə vermək üçün çağırış vərəqələri göndərib”, – deyə məlumatda qeyd olunur.


Bildirilir ki, ifadə verməyə çağırılan şəxslər arasında keçmiş FTB direktorları və baş prokurorlar da var. Dinləmələr avqustun 18-də başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: