Bu gün, 17:00 0 Dünya

Britaniyanın gizli tarixində bir səhifə bağlandı - “Süpercasus” həyatdan köçdü

Britaniyanın gizli tarixində bir səhifə bağlandı - “Süpercasus” həyatdan köçdü
Böyük Britaniyanın əks-kəşfiyyat xidməti MI5-in ilk qadın rəhbəri olan Stella Riminqton vəfat edib. O, 90 yaşında Böyük Britaniyada dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, Riminqton sevdiyi həyatı son nəfəsinə qədər inadla yaşamağa davam edərək, ailəsinin və itlərinin əhatəsində dünyasını dəyişib.

MI5-in rəsmi saytında onun ailəsinə və dostlarına başsağlığı verilən bəyanat dərc olunub. Bu barədə snob.ru "sky.com"a istinadla məlumat yayıb.

Hazırkı MI5 rəhbəri Ken MakKallum bildirib ki, Stella Riminqton uzun illər mövcud olan baryerləri aşaraq xidmətin ilk qadın başçısı olub. O, bu vəzifəni 1992–1996-cı illərdə icra edib və mətbuat tərəfindən “supercasus-evdar qadın” ləqəbini almışdı.

1993-cü ildə Riminqton ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxaraq MI5-in tarixində adı açıq şəkildə açıqlanan ilk rəhbər kimi tarixə düşüb.

Təqaüdə çıxdıqdan sonra avtobioqrafiyasını yazıb və orada işlə şəxsi həyatı necə çətinliklə uzlaşdırdığını bölüşüb. Daha sonra isə MI5 əməkdaşı Liz Karlayl obrazı ətrafında yazılmış bir neçə kəşfiyyat romanının müəllifi olub.

Məlumata görə, Ceyms Bond filmlərindəki “M” personajı (aktrisa Cudi Denç tərəfindən canlandırılan) məhz Stella Riminqtondan ilhamlanaraq yaradılıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: