İstidə baş ağrısının səbəbi?...
İsti havalarda baş ağrısı çox zaman orqanizmin susuz qalması (dehidratasiya) səbəbindən yaranır. Bu problemdən xilas olmaq üçün yetərli miqdarda maye qəbul etmək kifayətdir. Bu barədə "Газета.Ru"ya Piroqov Universitetinin Neyroelmlər və Neyrotexnologiyalar İnstitutunun dosenti, nevroloq Nataliya Suvorinova məlumat verib.
Susuzlaşma həmçinin miqrenin yayılmış səbəblərindən biridir. Bundan əlavə, bu vəziyyət gərginlik tipli baş ağrılarının yaranmasına da səbəb ola bilər. Belə ağrılar adətən ibuprofen kimi qeyri-steroid iltihabəleyhinə dərmanlarla aradan qaldırılır.
Daimi və ya tez-tez təkrarlanan baş ağrılarında müayinə və müalicə taktikası nevroloq tərəfindən təyin olunur. Lazım gəldikdə baş və boyun damarlarının doppleroqrafiyası, göz dibi müayinəsi, ümumi qan analizi, eləcə də EEQ və ya MRT təyin edilə bilər.
Ulusum.az
“İstidə baş ağrısının əsas səbəblərindən biri susuzlaşmadır. Bunu önləmək üçün gün ərzində qəbul edilən maye miqdarını artırmaq lazımdır. Baş ağrısı zamanı ağrıkəsici qəbul edib sakit vəziyyətdə qalmaq tövsiyə olunur. Baş ağrısının qarşısını almağın əsas yolları isə gündəlik rejimə riayət etmək, yaxşı yuxu, sağlam qidalanma və fiziki aktivlikdir,” – deyə həkim bildirib.
Susuzlaşma həmçinin miqrenin yayılmış səbəblərindən biridir. Bundan əlavə, bu vəziyyət gərginlik tipli baş ağrılarının yaranmasına da səbəb ola bilər. Belə ağrılar adətən ibuprofen kimi qeyri-steroid iltihabəleyhinə dərmanlarla aradan qaldırılır.
“Susuzlaşmanın miqren və ya gərginlik tipli baş ağrılarını niyə tetikləmiş ola biləcəyi hələ dəqiq məlum deyil. Miqren zamanı ağrı güclü olur, parlaq işıq və səslərə qarşı dözümsüzlük, ürəkbulanma, bəzən qusma müşahidə olunur ki, bu da bəzən yüngülləşməyə səbəb olur. Həmçinin, fiziki hərəkətlər – məsələn, adi gəzinti belə – vəziyyəti daha da ağırlaşdıra bilər. Miqren tutmaları adətən 2 saatdan 72 saata qədər davam edir. Müalicədə triptanlar və 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün təsdiqlənmiş monoklonal anticisimlər istifadə olunur,” – deyə həkim əlavə edib.
Daimi və ya tez-tez təkrarlanan baş ağrılarında müayinə və müalicə taktikası nevroloq tərəfindən təyin olunur. Lazım gəldikdə baş və boyun damarlarının doppleroqrafiyası, göz dibi müayinəsi, ümumi qan analizi, eləcə də EEQ və ya MRT təyin edilə bilər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
