22-04-2024, 10:12 0 Gündəm / İqtisadiyyat

Qiymətlər sərnişinlərlə birlikdə “UÇUR” - EKSKLÜZİV

Qiymətlər sərnişinlərlə birlikdə “UÇUR” - EKSKLÜZİV

Qarşıdan yay mövsümü gəlir. Hər il olduğu kimi, may ayından sonra xaricə gedənlərin sayı dəfələrlə artacaq. Hətta indidən iyunun əvvəli üçün bilet tapmaq müşkülə çevrilib. Tələbatın artması qiymətlərə təsirsiz ötüşməyib.  

Biletin qiyməti ilə maraqlanan sərnişinlərin ULUSUM-a özəl verdikləri məlumata əsasən, hazırda Bakı-İstanbul hava reysi üzrə qiymətlar 150-300 manat aralığında dəyişir. Təbiidir ki, biletin alınma vaxtı onun qiymətinə birbaşa təsir göstərir. Hazırda həmin reys istiqamətində qiymətlərə görə iyun ayında Bakıdan İstanbula hava gəmisinə 200-300 manat aralığında bilet almaq hələ ki mümkündür, lakin gedişat göstərir ki, 1 ay sonra qiymətlərin təxminən bu civarda qalması inandırıcı deyil. 

ULUSUM.az saytı məsələ ilə bağlı bazar araşdırması aparıb.

Belə ki, aviaşirkətlərdən iyun ayına olan Bakı-İstanbul aviareyslərinin bilet qiymətlərini öyrənmək üçün bir neçə şirkətlə əlaqə saxladıq. Hazırkı duruma görə, şirkətlər ikili paket və fərqli qiymət təklif etdi. 

İyun ayının ortalarında bəlli istiqamət üzrə 10 kq əl baqajı təklif olunan biletlərin qiyməti 360-610 manat aralığında dəyişdi. Digər şirkətlərdə isə 23 kq ümumi baqaj və 10 kq əl baqajı ilə qiymətlər 390-760 manat civarında təklif olundu. Şirkət rəsmiləri qiymətin bugünkü dəyərləndirməyə görə belə olduğunu söyləyir. Yəni, bilet uçuş ərəfəsi alınsa qiymət aralığı 700-1000 manat arası da dəyişə bilər. Bu da ötən ilə nisbətən 15-20 faiz bahalaşma deməkdir. Qiymət dəyişikliyi daha çox faiz nisbətilə dəyişəcəyi də istisna deyil. 

Ekspertlər hesab edirlər ki, nəqliyyat sahəsində qiymət artımı arzuolunmazdır, çünki hər kəs çıxacağı səfərin bəlli tarixini bilmir. Lakin görünən odur ki, səfər müddətinə qısa zaman qalmış bilet alan sərnişinlər süni qiymət artımı ilə qarşılaşacaq.

Ağa Dadaşzadə





Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: