Rusiya qoşunları Xarkovda 10 km İRƏLİLƏDİ

“Ordumuz Xarkov vilayətində Rusiya hərbçilərinə hazırda olduğu mövqedən irəli getməyə imkan vermir. Onların irəlilədiyi ən uzaq məsafə cəmi 10 kilometdir. Cəbhənin müxtəlif istiqamətlərində isə irəliləyiş olmayıb”.
Ulusum.az-ın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O deyib ki, Silahlı Qüvvələrin və Birləşmiş Ordunun, eləcə də Sərhəd Qoşunlarının komandanları ilə müzakirələrdə ona cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verilib.
Ukrayna liderinin sözlərinə görə, Xarkov istiqamətinə müxtəlif batalyonlar cəlb edilməklə, bölgənin müdafiəsi gücləndirilib:
“Rusiya ordusu bu istiqamətdə müdafiə xəttini yara bilməyib. Onların sərhəddə daha güclü silahlardan istifadə etməsi itkilərimizin sayını artırır. Məndə olan məlumata görə Rusiya əsgərləri hələ də oradakı mövqeyində qalmaqda davam edir. Birinci və ikinci atəş xətlərində bizim hərbçilər dayanıb, üçüncü müdafiə zonasında isə yerli sakinlərdən ibarət özünümüdafiə dəstələri keşik çəkir”.
V. Zelenski əlavə edib ki, hazırda Rusiya ordusu Volçansk şəhərində möhkəmlənməyə çalışır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 12:38
İstirahət Məkanı Qəçrəşin Təbii Səssizliyi FOTO-VİDEO
Hadisə
Bu gün, 12:30
FİN: Sumqayıt ticarət mərkəzində yanğın genişlənməsinə imkan verilməyib - VİDEO
İqtisadiyyat
Bu gün, 11:30
“Nur” layihəsi: Azərbaycan qazı Albaniyada!
Gündəm
Bu gün, 10:30
Mədəniyyət Nazirliyində müsahibə mərhələsi başlayır
Dünya
Bu gün, 10:00
Putindən Pasxa atəşkəsi – Rusiya döyüşləri dayandırır
Gündəm
Bu gün, 09:30
Yaz yağışları yaxınlaşır – sel və dolu təhlükəsi var
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu