"Bu olarsa, Rusiya Xarkovu işğal edə bilməz"

Ukraynanın “Patriot” sistemləri olarsa, Rusiya Xarkovu işğal edə bilməz.
Ulusum.az xəbər verir ki, bunu Xarkovda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ABC telekanalına müsahibəsində deyib.
Xarkovda xəstəxanada yaralı hərbçiləri ziyarət edən Prezident Zelenski ABC-nin jurnalisti ilə ayaqüstü müsahibəsində bildirib ki, döyüş meydanında vəziyyət çətindir: “Briqadalarımız tam təchiz olunmayıb, çünki biz hərbi yardım paketini 8 ay gözləməli olmuşuq”.
Ukrayna Prezidenti ölkəsinin təcili şəkildə havadan müdafiə sistemlərinə ehtiyac duyduğunu vurğulayıb: “Biz bu region barədə, Xarkov barədə danışırıqsa, əgər bizim iki "Patriot" sistemimiz burda olsa, Rusiya buranı işğal edə bilməz. Sadəcə iki sistem”.
Ukrayna dövlət başçısı hərbi yardıma görə ABŞ və digər ölkələrə təşəkkür edib, lakin o, bir daha vurğulayıb ki, gecikmələrin ağır nəticələri olur.
Vladimir Zelenski jurnalistin bu vəziyyətdə ABŞ-nin günahkar olmasına dair sualı isə belə cavab verib: “İndi Xarkovda baş verənlərin günahkarı dünyadır. Dünya Putinə bu imkanı verdi ki, o, işğal etsin. Lakin indi dünya bizə kömək edə bilər”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:36
Güclü istilər ölkə ərazisində davam edir
Cəmiyyət
Bu gün, 09:10
Vəfat etmiş Həsən Kürün oğlu dünyaya gəldi
Dünya
Bu gün, 09:00
Trampa çağırış: İsraili dayandır!
Dünya
Dünən, 21:00
Avropa silkələndi: Əl yükü pulsuz olmalıdır
Dünya
Dünən, 19:00
İsrail Qəzzada əməliyyatları genişləndirə bilər
Cəmiyyət
Dünən, 18:20
Bu gecə Bakının bəzi küçələri işıqsız qalacaq
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi