Milli Məclislə Parlamentlərarası İttifaq arasında Memorandum İMZALANDI

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament görüşünün təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Ulusum.az-a Milli Məclisdən xəbər verilib.
Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Milli Məclisin sədri imzalanan sənədin əhəmiyyətini qeyd edərək deyib ki, Parlament görüşü COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Onun sözlərinə görə, bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan verəcək. Spiker, Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə səyləri ilə görüşün yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın COP29 kimi mötəbər tədbirə evsahibliyi etməkdən qürur duyduğunu söyləyən spiker Sahibə Qafarova qeyd edib ki, bu, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.
Martin Çunqonq Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq, verdiyi dəstəyə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib. O, bu sənədin Milli Məclis ilə aparılan danışıqlar nəticəsində ərsəyə gəldiyini bildirərək, Parlament görüşünün parlament diplomatiyası və qlobal çağırışlara qarşı birgə mübarizə baxımından da tarixi bir hadisə olacağını söyləyib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Dünən, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Dünən, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Dünən, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Dünən, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO