Azərbaycan-Belarus sənədləri İMZALANDI

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Ulusum.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri Aleksey Boqdanov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarus Respublikasının “Milli İnvestisiya və Özəlləşdirmə Mərkəzi” Dövlət Müəssisəsinin direktoru Dmitri Krasovski “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”nu imzaladılar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzaladılar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzaladılar.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzaladılar.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 21:57
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Dünya
Bu gün, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Bu gün, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
İqtisadiyyat
Bu gün, 17:00
SOCAR və CIMA arasında yeni əməkdaşlıq sazişi
Siyasət
Bu gün, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Bu gün, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Populyar Xəbərlər
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Trampın gömrük vergiləri lüks brendlərə ağır zərbə vurdu