Kıvanç Tatlıtuğ, Halit Yukayın dəfn mərasimində göz yaşlarına boğuldu - FOTO

Avqustun 4-də Yalovadan Bozcaadaya gedərkən Balıkəsirdə Erdek sahillərində idarə etdiyi qayıqla gəminin toqquşması nəticəsində dənizdə itən iş adamı Halit Yukayın cansız bədəni 19 gün sonra Naffmandi Komitəsinə məxsus TCG Alemdar gəmisində dalğıclar tərəfindən dənizin 68 metr dərinliyindən çıxarılıb.
Çıxarılan nəş Bandırma Sahil Mühafizə Komandanlığına gətirildi. Daha sonra Bursa Məhkəmə Tibbi Ekspertizası morquna aparılan Yukayın cəsədi, otopsi işləri başa çatdıqdan sonra ailəsinə təhvil verildi. Təslim alınan nəş İstanbul şəhərinə gətirildi. Bir çox tanınmış simanın dostu olan Halit Yukay üçün bu gün Üsküdar Marmara Universiteti İlahiyyat Fakültəsi məscidində dəfn mərasimi keçirildi. Yukayın həyat yoldaşı Rania Stypa Yukay övladları ilə birlikdə başsağlığı qəbul etdi.
SEVƏNLƏRİ ONU TƏK BURAXMADI
Kıvanç Tatlıtuğ, Selim Bayraktar, Seda Bakan və həyat yoldaşı Ali Erel, Özge Özpirinçcinin həyat yoldaşı Burak Yamantürk, Nefise Karatay, Mehmet Aslan, Ali Dürüst kimi tanınmış adlar dəfn mərasimində iştirak etdilər. Göz yaşlarına boğulan Kıvanç Tatlıtuğ hadisənin ilk günündən son gününə qədər yaxın dostu üçün paylaşım etmiş və yardım çağırışında bulunmuşdu. Halit Yukayın cənazəsi günorta namazından sonra qılınan cənazə namazının ardından Ümraniyə Hekimbaşı qəbiristanlığında torpağa tapşırıldı.
ƏN SON KIVANÇ TATLITUĞ İLƏ DANIŞDI

Kıvanç Tatlıtuğ, Yukay ilə telefonda danışan son şəxs olmuşdu. İstintaq çərçivəsində Tatlıtuğ 11 avqustda İstanbulda verdiyi ifadəsində bunları söyləmişdi:
Ulusum.az

"Ən son 4 avqust bazar ertəsi günü saat 17:09-da onunla WhatsApp vasitəsilə 37 saniyəlik telefon danışığımız oldu. Mən Yunanıstanda olduğum və Yalovadan yola çıxan dostum bölgədə siqnal çətinliyi yaşadığı üçün bu kanaldan danışırdıq. Bundan əvvəl saat 14:28-də Halit Yukay məni aradı, münasib olmadığım üçün cavab verə bilmədim. Ardınca 14:29-da 'Kıvanç, salamlar. Servis gəldi. Sabah hissəni gətirib quraşdıracaqlar. Mən də yola çıxdım. Sabah yanındayam, çox salamlar' mesajını yazdı. Saat 15:10-da mən onu aradım, cavab vermədi — dənizdə olduğu üçün. 15:14-də geri zəng etdi, bu dəfə də mən cavab verə bilmədim. Qarşılıqlı məşğul vəziyyətlər oldu. 17:09-da mən onu aradım, o da cavab verdi. 37 saniyəlik danışığımız oldu. Səsi olduqca rahat idi və gurultusuz bir yerdən gəlirdi. Mənimlə danışanda hər şeyin yolunda olduğunu, yola çıxdığını, havanın da pis olmadığını, hər şeyin yaxşı getdiyini və bunu çox rahat bir səs tonu ilə söylədi."
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 10:53
FHN: Maşında sıxılı qalan qadın xilas edildi - VİDEO
Hadisə
Bu gün, 10:30
Beyləqanda baş verən hadisədə iki kişi xəsarət aldı
Dünya
Dünən, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Dünən, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Dünən, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO