22-04-2024, 11:36 0 Gündəm / Şou-biznes / Cəmiyyət

“Avroviziya 2024”də rəqabət artır – çünki.. EKSKLÜZİV

“Avroviziya 2024”də rəqabət artır – çünki..  EKSKLÜZİV

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək sayca 68-ci “Avroviziya 2024” mahnı müsabiqəsinə hazırlıqların son işləri aparılır.

Bununla bağlı ULUSUM.az saytına Avropada yaşayan azərbaycanlı jurnalist Tural Abdulla açıqlama verib. 12 ildir “Avroviziya” mahnı müsabiqəsində iştirak edən Tural hazırlıqların sürətləndirildiyini bildirib: “Bildiyiniz kimi “Avroviziya 2024” mahnı müsabiqəsinin başlamasına 1 aydan da az vaxt qalıb, hazırlıqlar tam sürətlə gedir. Məlumdur ki, ildən-ilə müsabiqənin daha yaddaqalan, daha mükəmməl baş tutması üçün innovativ addımlar atılır. Nəzərə alsaq ki, İsveçin sonuncu qələbəsi ölkəni İrlandiya ilə bərabərləşdirib, (hər iki ölkə 7 dəfə qalib olub), bunun nəticəsi olaraq İsveç 2024-cü ildə bir daha mötəbər yarışa ev sahibliyi edəcək. İndidən yarışın yüksək səviyyədə baş tutacağına əmin ola bilərik”.

37 ölkənin mübarizə aparacağı yarışın əvvəlki illərdən daha maraqlı olacağı ehtimal olunur, belə ki, cari ildə yarışa Lüksemburq da qatılacaq. Bu ölkə sonuncu dəfə 1993-cü ildə Avroziziya mahnı müsabiqəsində iştirak edib.

Qeyd edək ki, bu il yarış 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Avroviziyada Azərbaycanı Fahree ilə İlkin Dövlətov təmsil edəcək. Təmsilçilərimiz birinci yarımfinalın II hissəsində çıxış edəcəklər.

Ağa Dadaşzadə





Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: