Bu gün, 09:30 0 Dünya

Ağ Evdən iddia: Tramp Rusiyanın üstünlüyünü qəbul edir

Ağ Evdən iddia: Tramp Rusiyanın üstünlüyünü qəbul edir
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna müharibəsinin həlli “əsasən Rusiyanın şərtləri əsasında” mümkün olacaq. Bu barədə Politico qəzeti Ağ Evdəki yüksək vəzifəli məmura istinadən yazıb.

Məlumata görə, Tramp Rusiyaya təzyiq göstərməyə meyilli deyil. Jurnalistlərin qeyd etdiyi kimi, bu yanaşma onun ABŞ-ın Ukrayna və Avropa üzərində daha çox təsir mexanizminə sahib olduğuna inanması ilə bağlıdır.

Rəsmi bildirib:

“O, uzun müddətdir düşünür ki, Rusiyanın münaqişədə üstünlüyü var və onu sülh danışıqlarına cəlb etmək lazımdır. Ukrayna isə silah və kəşfiyyat baxımından ABŞ-dan çox asılıdır. Bu səbəbdən Kiyevi razı salmaq üçün daha çox təzyiq imkanı mövcuddur.”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: