Bu gün, 16:30 0 Hadisə

Əməliyyat otağındakı rəqs qalmaqalı: əməliyyat olunan pasiyentdən reaksiya - VİDEO

Əməliyyat otağındakı rəqs qalmaqalı: əməliyyat olunan pasiyentdən reaksiya - VİDEO
Əməliyyat olunan pasiyentin çılpaq halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb.

Ulusum.az xəbər verir ki, həmin kadrların qəhrəmanı Xəzər TV-yə danışaraq başına gələnləri açıqlayıb. Onun sözlərinə görə, görüntülərin yayılması həm maddi, həm də mənəvi zərərə səbəb olub:

"Bunu edənlər məni biabır ediblər. Hazırda Azərbaycanda deyiləm, amma gələn kimi şikayət edəcəyəm. Videonu görəndə xəstəxanaya müraciət etdim, mənə isə "hara istəyirsən şikayət et" dedilər. Mən narkozda idim, heç nə anlamırdım. Kadrlar iyunun 15-də əməliyyata girdiyim vaxt çəkilib və görüntüləri klinikanın rəhbəri Xəyalə İsmayılova çəkib. O, Gülbadə Abdullayeva ilə mübahisə etdiyinə görə videonu yayıb. Mənə dəyən zərərin qarşılanmasını tələb edirəm".


Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da lisenziyasız fəaliyyət göstərən "UĞUR Estetik Mərkəzi 777"dən yayılıb.

Ətraflı süjetdə:



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: