19-04-2024, 12:48 0 Gündəm / Şou-biznes / Cəmiyyət

“Avroviziya 2024”ə hazırlıqlar SÜRƏTLƏNDİRİLDİ EKSKLÜZİV

“Avroviziya 2024”ə hazırlıq prosesi necə gedir? 

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək sayca 68-ci “Avroviziya 2024” mahnı müsabiqəsinə hazırlıqların son işləri aparılır. Bununla bağlı Ulusum.az saytına Avropada yaşayan azərbaycanlı jurnalist Tural Abdulla açıqlama verib. 12 ildir “Avroviziya” mahnı müsabiqəsində iştirak edən müsahibimiz hazırlıqların tam sürətlə getdiyini bildirib.

“Bildiyiniz kimi, “Avroviziya 2024” mahnı müsabiqəsinin başlamasına 1 aydan da az vaxt qalıb, hazırlıqlar tam sürətlə gedir. Məlumdur ki, ildən-ilə müsabiqənin daha yadda qalan, daha mükəmməl baş tutması üçün innovativ addımlar atılır. Nəzərə alsaq ki, İsveçin sonuncu qələbəsi ölkəni İrlandiyayla bərabərləşdirdi (hər iki ölkə 7 dəfə qalib olub), bunun nəticəsi olaraq İsveç 2024-cü ildə bir daha mötəbər yarışa ev sahibliyi edəcək. İndidən yarışın yüksək səviyyədə baş tutacağına əmin ola bilərik". 

37 ölkənin mübarizə aparacağı yarış ötən illərdən daha maraqlı olacağı gözlənilir, belə ki, bu il sonuncu dəfə 1993-cü ildə iştirak etmiş Lüksemburq yarışa yenidən qayıdır.

Qeyd edək ki, bu il yarış 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. 

“Avroviziya 2024” Azərbaycanı Fahree ilə İlkin Dövlətov təmsil edəcək. Təmsilçilərimiz birinci yarımfinalın II hissəsində çıxış edəcəklər.

Ağa Dadaşzadə

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: