22-04-2024, 10:48 0 Gündəm / İqtisadiyyat

Çin avtomobillərinin ehtiyat hissələri TAPILMIR - EKSKLÜZİV

Çin avtomobillərinin ehtiyat hissələri TAPILMIR - EKSKLÜZİV

Adətən Çin avtomobillərinin ehtiyat hissələrinin qıtlığı ilə bağlı şikayətlər eşidirik. Bununla belə, həmin avtomobili seçənlər az deyil.

Uzun illərdir avtomobil təmiri ilə məşğul olan usta Şahin Məmmədov ULUSUM.az saytına özəl açıqlamasında məsələyə aydınlıq gətirib. Məlum olub ki, sözügedən problem Asiya ölkəsindən gətirilən bütün avtomobillərə şamil edilmir. 

“Təxminən 5-10 il bundan əvvəlin buraxılışı olan Çin istehsallı avtomobillərin bəzi ehtiyat hissələri çətin tapılır. Əsasən ikinci əl, buraxılış ili 2017-ci ilə qədər olan avtomobillərdə belə hallar müşahidə olunur. Hətta məcburiyyət qarşısında qalıb istehsalçı ölkədən sifariş edəndə belə, bəzən müsbət nəticə əldə edə bilmirik”.

Məsələ ilə bağlı Çin istehsallı şirkətlərin Bakıdakı nümayəndələri ilə də əlaqə saxladıq. Bu cür halların olduğunu inkar etməyən şirkət rəsmiləri köhnə buraxılış avtomobillərdən fərqli olaraq son buraxılış nəqliyyat vasitələrinin ehtiyat hissələrinə dair heç bir problemin olmadığını bildirirlər. Yəni. Yeni model Çin avtomobilləri ilə yanaşı müvafiq ehtiyat hissələri də gətirildiyindən bu baxımdan qıtlıq müşahidə olunmur. 

Mütəxəssislər həmçinin qeyd ediblər ki, Çin istehsallı avtomobillər alarkən yerli dillerlərdən tövsiyə almaq daha məqsədəuyğundur.

           Atalar demiş “Hər şeyin təzəsi...” Bu avtomobillərin alıcıları sırf yeni model almalıdırlar, əks halda ehtiyat hissələri baxımdan əziyyət çəkə bilərlər. 

Ağa Dadaşzadə



 



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: