17-07-2025, 09:00 0 Dünya

Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür

Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
İranın ali lideri Ayətullah Əli Xamenei bəyan edib ki, ölkəsi ABŞ və digər dövlətlərə İsrail-İran qarşıdurmasından daha güclü zərbə endirmək gücünə malikdir.

“İranın hücum etdiyi ABŞ hərbi bazası Yaxın Şərqdə həyati əhəmiyyət daşıyırdı. Bu zərbənin dağıdıcı miqyası senzura aradan qalxdıqdan sonra daha aydın görünəcək. Əmin olun ki, ABŞ-a və digər ölkələrə bundan da böyük zərbələr vurmaq mümkündür”, – deyə Xamenei bildirib.


O, həmçinin vurğulayıb ki, İran heç vaxt zəif mövqedən çıxış etməyəcək, çünki həm diplomatik, həm də hərbi sahədə uğur qazanmaq üçün bütün vasitələrə malikdir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: