Dünən, 12:00 0 Dünya

Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”

Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə olunması üçün verdiyi 50 günlük müddət barədə şərh verərkən bildirib ki, artıq 51-ci gün o, Vladimir Putinə Moskvaya müttəfiq olan İranın ali liderinə zəng etməyi tövsiyə edərdi.

“Əgər Putinə və digərlərinə maraqlıdırsa, 51-ci gündə nə baş verəcək, onlara ayətullah [İranın ali lideri Əli Xamenei] ilə əlaqə saxlamalarını tövsiyə edərdim. Əgər mən Putinin hərbi maşınını dəstəkləyən və ucuz Rusiya nefti alan ölkə olsaydım, prezident Trampa inanar, sözünü ciddi qəbul edərdim”,
– deyə Qrem X sosial şəbəkəsində yazıb.

Senator bildirib ki, Trampın NATO-nun ABŞ-dan Ukraynaya ötürülmək üçün silah alacağını elan etməsi “xoş xəbər”dir.

Qrem, həmçinin Trampın Rusiya nefti alan ölkələrə qarşı 100%-lik rüsum tətbiq ediləcəyi barədə bəyanatını vacib sayıb və qeyd edib ki, bu addım Putini “ən ağrılı yerindən vuracaq”.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: