Diqqət! Bu ərazilərdə xəstəliklər SÜRƏTLƏ YAYILIR

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur.
Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?
Ulusum.az xəbər verir ki, məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, respublika əhalisinin böyük bir hissəsi Bakı, Abşeron və Xızıda yaşayır.
Onun sözlərinə görə, bu ərazilərdə xəstəliklərin çoxalması təbiidir:
"Kənd əhalisi ilə müqayisədə şəhər əhalisində xüsusilə allergik xəstəliklərin rast gəlmə tezliyi daha yüksəkdir. Alimlərin fərziyyələrinə görə, kənddə yaşayan insanlar allergenlərlə daha çox təmasda olduğu üçün onlarda allergik xəstəliklərin yaranması da çox az müşahidə olunur. Yəni insan nə qədər steril şəraitdə yaşayırsa, antigenlər, bakteriyalar və viruslarla nə qədər az təmasda olursa, onun xəstələnmə ehtimalı da bir o qədər yüksək olur. Həmçinin qidalanma da təsir göstərir. Şəhərdə yaşayan insanlar yarımfabrikatlar, "fast food" kimi qidalara daha çox üstünlük verir. Kənd əhalisi isə daha çox orqanik və təbii məhsullarla qidalanır. Bu da xəstəliklərə öz təsirini göstərir. Bundan əlavə həmçinin iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə şəkərli diabet xəstəliyinin rast gəlmə tezliyi daha yüksəkdir. Bakı, Abşeron və Xızı kimi əhalinin sıx olduğu yerlərdə infeksion xəstəliklər daha çox yayılır. Bu göstəricilər təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 11:46
Bakıda anbar yanır
Şou-biznes
Bu gün, 11:44
Məhkəmə İlhamə Elşadqızı ilə bağlı - QƏRAR VERDİ
Cəmiyyət
Bu gün, 11:20
Mayın 1-dən “e-bülleten” sisteminə keçilir
Maraqlı
Bu gün, 11:00
Leninin hansı sirləri var idi?
Cəmiyyət
Bu gün, 10:48
Sarıcalı və Ballıcaya növbəti köç
Hadisə
Bu gün, 10:32
FHN: Bakıda kitabxana yanıb
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu