Tovuzda kənd BOŞALIR- EKSKLÜZİV

Kəndin boşalması nəticəsində 2022-ci ildə istifadəyə verilən modul tipli məktəb binasında oxuyacaq şagird tapılmır. Belə ki, 9 illik tədris müəssisəsində cəmi 9 nəfər şagird var və bu il məktəbin sonuncu zəngi çalınaraq tarixə qarışacaq.
Söhbət Tovuz rayonunun dağ kəndi olan Baqqallı kəndindən gedir.
Yerli sakinlərin sözlərinə görə, bu kənddə son 15 ilədək 120 təsərüffat olub. Hazırda isə yalnız 9 təsərrüfat qalıb. Kənddə yaşayış şəraitinin olmaması səbəbindən əhalinin 70 faizi kənddən köçüb və hazırda kənd məktəbində cəmi 9 nəfər şagird təhsil alır. Bir sözlə, hər müəllimin qarşısında bircə nəfər şagird var. Buna baxmayaraq, bu məktəbi bitirən şagirdlər istər olimpiyadalarda, istərsə də ali məktəblərə qəbul zamanı yüksək bal toplayırlar.
Baqqallı kənd məktəbinin direktoru Ruslan Cəfərov ulusum.az-a müsahibəsində -“3 korpusu var məktəbin, buna baxmayaraq, əhali getdikcə kəndi tərk edir. Onun da səbəbi qaz olmamasıdı”-deyə vurğuladı.
Sakinlərin sözlərinə görə də onlar öz ata-baba yurdlarını tərk etməsinə səbəb kənddə heç bir şəraitin olmamasıdır. Bir maşın odunun qiyməti 500-600 azn-dir, qanunsuz ağac kəsilməsi qadağandır, əldə-ayaqda da pul yoxdur, bəs qışın qart soyuğunda əhali necə yaşasın bu şəraitdə?!
Kənd sakini Hüseyn Quliyev də saytımıza müsahibəsində dedi ki, axırıncı qalanlardan biri də odur: “Mən ata baba yurdumu buraxıb getmək istəmirəm. İmkan da yoxdur ki, gedib hardasa özumüzə ev-eşik, şərait düzəldək”.
Qeyd edək ki, Baqqallı kəndinin geniş turizm potensialı var. Lakin deyilən problemlər səbəbiylə kənd boş qalmaq təhlükəsi ilə üz-üzədir. Odur ki, adiyyatı qurumların çox ciddi tədbir görməyinin vaxtıdır.
SOCAR-ın Azəriqaz istehsalat birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Ulusum.az - a açıqlamasında –“SOCARın Azəriqaz istehsalat birliyi olaraq regionların qazlaşma prosesini mütamədi olaraq icra edirik. Tovuz rayonu bu günə qədər qazlaşma səviyyəsinə görə digər rayonlardan ən öndə olan rayonlardan biridir. Bu rayonun qazlaşma səviyyəsi 92.6 faiz təşkil edir. O ki qaldı Baqqallı kəndinin qazlaşmasına, növbəti mərhələdə bu kəndin də qazlaşması nəzərdə tutulub” – deyə bildirdi.
İnanırıq ki, kəndlər tam boşalmamış kəndlərdə olan sosial problemlər öz həllini tapacaq.
Tovuz Rayon İcra Hakimiyyətinin bu barədə ətraflı açıqlamasını da tezliklə təqdim edəcəyik.

Rübabə SAHİB
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 11:00
Sevgi necə uzunömürlü olur? Cavab sadədir…
Köşə
Bu gün, 10:55
Elm dünyasının dahisi – Lütfi Zadə
Hadisə
Bu gün, 10:40
Sarayda FACİƏ: Ailəsi 35 yaşlı kişinin meyitini tapdı
Gündəm
Bu gün, 09:30
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
Cəmiyyət
Bu gün, 09:23
DYP-dən sürücülərə MÜRACİƏT
Dünya
Bu gün, 09:00
BBC: Britaniya kabinetində genişmiqyaslı təyinatlar
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO