Hərbi xidməti başa vuran sərhədçilər ehtiyata buraxılıb
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Ulusum”.az-a verilən xəbərə görə, hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən sonra dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni yerinə yetirmək hər bir sərhədçi üçün böyük qürurdur.
Xidməti borclarını ləyaqətlə başa vuraraq ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilib.
Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunub, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib və sərhədçi əsgərlər təntənəli şəkildə yola salınıblar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO