Bu gün, 09:30 0 Dünya

ABŞ hakimiyyəti Dövlət Departamentində genişmiqyaslı islahatlar planlaşdırır

ABŞ hakimiyyəti Dövlət Departamentində genişmiqyaslı islahatlar planlaşdırır
Bloomberg-in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın müvafiq sərəncam layihəsinə əsasən, ABŞ administrasiyası Dövlət Departamentini ciddi şəkildə yenidən qurmağı və onun strukturunu azaltmağı planlaşdırır.

Dövlət Departamentinin diplomatik xidmətləri arasında yayılmış layihə, departamentin radikal şəkildə kiçildilməsi və yenidən strukturlanmasını təklif edir. Əgər bu dəyişikliklər həyata keçirilərsə, bu, 1789-cu ildən bəri departamentin keçirdiyi ən böyük yenidənqurma olacaq.

Planlara görə, iqlim, qaçqınlar, demokratiya və Afrika məsələlərini əhatə edən onlarla vəzifə və şöbə ləğv ediləcək.

Bundan əlavə, Dövlət Departamenti dörd regional büroya bölünəcək: Hind-Okean, Latın Amerkası, Yaxın Şərq və Afrika ilə məşğul olacaq bürolar yaradılacaq.

ABŞ administrasiyası həmçinin Kanadadakı diplomatik fəaliyyətin miqyasını azaldacaq və Ottavada diplomatik heyətin sayını azaldacaq. Eyni zamanda, tropik Afrika ölkələrində əhəmiyyətli olmayan səfirliklər və konsulluqlar bağlanacaq.

Bildirilib ki, diplomatlar təyin olunan regionlarda qalacaq və regiondan regiona köçürülməyəcəklər. Diplomatik xidmətə qəbul imtahanları isə prezidentin xarici siyasət baxışını bölüşməyi tələb edən şəkildə tərtib ediləcək.

Dəyişikliklərin 1 oktyabra qədər qüvvəyə minəcəyi gözlənilir. Rəsmi olaraq islahatlar haqqında gələn çərşənbə günü açıqlama verilməsi gözlənilir.

Lakin, Afrika üzrə Dövlət Departamenti yüksək vəzifəli əməkdaşı Bloomberg-ə bildirib ki, məlumatın departamentdə yayılmasına əsasən, islahatlar sənəddə göstərildiyi qədər radikal olmayacaq.

ABŞ Dövlət Katibi Marko Rubio isə X sosial şəbəkəsində belə məlumatı "saxta xəbərlər" olaraq adlandırıb.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: