Papa və ABŞ vitse-prezidenti Pasxa görüşündə sülh dilədi

ABŞ vitse-prezidenti Cey Di Vens bazar günü səhər Vatikanın başçısı Papa Fransisklə qısa, lakin rəmzi görüş keçirib. Görüş Pasxa bayramı münasibətilə qarşılıqlı təbrik və xoş arzuların mübadiləsi şəklində baş tutub. Müqəddəs Taxt-Tacın yaydığı məlumatda görüşün cəmi bir neçə dəqiqə çəkdiyi qeyd olunur.
Vens həmçinin Vatikanın dövlət katibi Pietro Parolin və dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qallaher ilə danışıqlar aparıb. Vatican News-un bildirdiyinə görə, bu danışıqlarda əsas müzakirə mövzuları sülh, din azadlığı və miqrasiya məsələləri olub. Xatırladaq ki, Papa Fransisk ikitərəfli pnevmoniyadan sonra hələ də bərpa dövründə olduğu üçün bu müzakirələrdə iştirak etməyib.
Qərb mediası Papa Fransiskin ABŞ administrasiyasının bir sıra siyasətlərinə – o cümlədən milyonlarla miqrantın deportasiyası planlarına, sosial proqramların maliyyələşdirilməsinin azaldılmasına – daha əvvəl tənqidi yanaşdığını xatırladır.
Associated Press xəbər verir ki, Venslə görüşdən sonra Papa Fransisk Müqəddəs Pyotr meydanında toplaşmış inanclılar qarşısında qısa müddətə görünüb. Bayram ayinindən sonra – hansı ki, onu kardinal Anjelo Komastri idarə edib – Papa kilsənin balkonundan izdihama əl edib. O, vəziyyəti səbəbilə çıxışını köməkçisinə oxutdurub.
Qeyd edək ki, bu il səhhətindəki problemlərə görə Papa Fransisk əvvəlki illərdəki kimi dini mərasimlərdə fəal iştirak edə bilməyəcək.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə