"AzInTelecom" turistləri niyə UZAQLAŞDIRIR? - EKSKLÜZİV

Azərbaycanda mobil telefonların IMEI qeydiyyatında problem- "AzInTelecom" isə qəti cavab vermək istəmir.
Azərbaycanda mobil telefonların IMEI qeydiyyatı əsəs şərtdir. Belə ki, ölkəyə daxil olan mobil telefonlar ən geci 30 gün ərzində IMEI qeydiyyata alınmalıdır. Məlumdur ki, hazırki dövrdə rabitə əlaqəsi hava, su qədər vacibdir.
Bir yandan ölkəyə turist axını istiqamətində işlər görülür, digər tərəfdən rabitə əlaqəsində yaranan əngəllər bu işləri alt-üst edir.
Çünki aidiyyatı qurumların məsuliyyətsizliyi nəticəsində ölkəyə ikinci dəfə gələn turistlər mobil telefonun ölkə daxilində rabitəsindən istifadə edə bilmir. “AzInTelecom”dan “Əgər cihaz xarici ölkənin mobil operatoruna məxsus sim kartla istifadə olunarsa, bu zaman cihazın IMEI nömrəsinin qeydiyyatı tələb olunmur”, - deyə bildirilsə də, bu, reallıqla uyğun gəlmir.
Azərbaycana ötən il cəmi 10 günlük gələn turist Aleksandr Çesnauskas bu il də eyni müddətlik səfər edib. Lakin “AzInTelecom”un açıqlamasınde deyidiyi kimi xarici ölkənin mobil operatoruna məxsus sim kartla istifadə etsə də, telefon ölkə ərazisində işləmir. Bu da rominq sisteminin fəaliyyətinin avtomatik dayanmasına səbəb olur.
Turist isə telefonun markasına uyğun olaraq 170 manat dövlət rüsumunu ödəməyi lazım bilmir. Bundan başqa, qeydiyyata alınan zaman da müəyyən problemlər ortaya çıxır.
İndi sual yaranır, azərbaycanlı turistlərin ildə bir neçə dəfə getdiyi Türkiyədə və ya digər IMEI qeydiyyat üçün qeydiyyat tələb olunarsa həmyerlilərimiz üçün çox çətin olar.
İKT eksperti Vasif Qəhrəmanov Ulusum.az-a xarici sim kartla istifadə olunan mobil cihazların Azərbaycanda işləməməsi ilə bağlı fikirlərə aydınlıq gətirdi. Onun sözlərinə görə, problemin hələ də qüvvədədir: “Bəli, problem qüvvədədir. Xarici sim kartla işləməsi ilə bağlı problem olmadığı deyilsə də, problem mövcuddur. Bir müddət sonra telefon bloka düşür, telefon rabitəsi tamamilə qapanır. Yalnız IMEI qeydiyyatından sonra telefon çalışmağa başlayır”, - deyə qeyd edib.
Quruma sözügedən problemlə bağlı müraciət ünvanladığımız zaman şablon cavablar verməklə sualdan yayındılar.
Vəziyyət isə budur ki, problem aktualdır, eyni zamanda beynəlxalq xarakter daşıyır.
Qurumun sorğuya verdikləri cavab belə oldu: “Mobil cihazların qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 saylı qərarı ilə tənzimlənir. Həmin Qərarla təsdiq edilmiş Qaydanın 6.1-ci bəndinə əsasən, şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilən mobil cihazın IMEI nömrəsi ən geci 30 gün müddətində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat müddəti bitdikdə cihazın şəbəkədə istifadəsinə məhdudiyyət tətbiq edilir. Əgər cihaz xarici ölkənin mobil operatoruna məxsus sim kartla istifadə olunarsa, bu zaman cihazın IMEI nömrəsinin qeydiyyatı tələb olunmur.
Mobil cihazların IMEI nömrələrinin qeydiyyatına görə ödənilən dövlət rüsumlarının məbləğləri isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilir. “AzInTelecom” MMC mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üzrə texniki prosesləri icra edir”.
Ulusum.az olaraq problemi diqqətdə saxlayırıq...
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 20:00
“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu
Şou-biznes
Bu gün, 19:00
“Qızılcık Şərbəti” yenidən ekranlara qayıdır – yeni mövsüm, yeni rejissor, yeni simalar!
Sağlamlıq
Bu gün, 17:30
Həyəcanlı İnsanlar Nələri Yeməməlidir?
Dünya
Bu gün, 16:30
25 ölkənin Qəzza bəyanatına İsraildən Sərt Reaksiya
Dünya
Bu gün, 14:30
Martin Lüter Kinqin Qətlinin Sirrləri: 230 Min Səhifə Gizli Sənədlər İfşa Olundu
Sağlamlıq
Bu gün, 14:00
İsti havada D vitaminini qəbul etmək lazımdırmı?
Sağlamlıq
Bu gün, 13:30
Maddələr mübadiləsi nə vaxt zəifləyir?
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi