ABŞ və Ukrayna danışıqları başladı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlarda Ukraynanı prezident aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və prezident aparatının rəhbərinin müavini Pavlo Palisa təmsil edir.
Qeyd edək ki, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz daxil idi.
Ukrayna prezidenti Vlodimir Zelenski də Səudiyyə Ərəbistanındadır, lakin onun danışıqlarda iştirak etməyəcəyi bildirilir.
Ciddə görüşündən əvvəl Rubio deyib ki, bu danışıqlar Amerikanın Kiyevə hərbi yardımının bərpası üçün “açar” olacaq. O, həmçinin qeyd edib ki, ABŞ hələ də təbii sərvətlər üzrə saziş bağlamağa ümid edir, lakin Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə bunun razılaşdırılacağı faktı deyil.
Bir gün əvvəl CNN xəbər vermişdi ki, Donald Tramp administrasiyasının nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna nümayəndə heyəti ilə deyil, həm də Rusiya nümayəndə heyəti ilə görüşəcək. Telekanalın mənbəsi danışıqlarda Amerika və Rusiya tərəfdən kimin iştirak edəcəyini dəqiqləşdirməyib. Dəqiq tarix də açıqlanmayıb. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, bu həftə Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni raundu planlaşdırılmır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 12:00
Trampın görüşü Fransada “alçaldıcı” adlandırıldı
Cəmiyyət
Bu gün, 11:19
Azərbaycanda hava kəskin dəyişir
Cəmiyyət
Bu gün, 09:41
Bakının iki rayonunda qaz fasilələrlə veriləcək
Siyasət
Bu gün, 09:30
Tramp məsuliyyəti Moskvaya və Kiyevə yönəltdi
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib