14-01-2025, 12:30 0 Dünya

Tramp meşə yanğınlarından yaranan dağıntıların nüvə partlayışından daha ağır olduğunu bildirib

Tramp meşə yanğınlarından yaranan dağıntıların nüvə partlayışından daha ağır olduğunu bildirib
Donald Tramp, Kaliforniyanın Los-Anceles bölgəsindəki meşə yanğınlarının nəticələrini nüvə zərbəsindən gələcək dağıntılara bənzədib. O, Newsmax telekanalına verdiyi müsahibəsində, hadisələrin təsvir etdiyi fotolari gördükdən sonra, dağıntıların televizorda görülənlərdən çox daha pis olduğunu vurğulayıb. Trampın fikrincə, yanğınlar nüvə zərbəsi ilə yaranacaq zərərlərdən daha böyük dağıntılara səbəb olub.

Tramp, bu faciənin qarşısını almağın mümkün olduğunu qeyd edib, əgər ştatın rəhbərliyi su mənbələri üzərində daha çox diqqət ayırsaydı, nəticələrin daha az dağıdıcı ola biləcəyini bildirib. O, dövlətin bu məsələyə laqeyd yanaşmasının hər zaman onu narahat etdiyini vurğulayıb.


Səidə Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: