2-07-2025, 19:30 0 Dünya

Kadırova 2 milyon dollarlıq toy hədiyyəsi - FOTO

Kadırova 2 milyon dollarlıq toy hədiyyəsi - FOTO
Çeçenistan lideri Ramazan Kadırov’un 17 yaşındaki oğlu Adam Kadırov’un toy mərasimi böyük rezonans doğurdu. Uzun müddətdir xəstə olduğu iddia edilən Ramazan Kadırov, “varisi” kimi hazırladığı oğlunun toyunda qatılanlar arasında Türkiyə, İran və BƏƏ-nin səfirləri, Rusiya hökumətindən yüksək vəzifəli şəxslər, valilər və nazirlər də vardı.

Ulusum.az patronlardunyasi-a istinadən xəbər verir ki, toy mərasimi Kadırov ailəsinin yaşadığı Ahmat-Yurt kəndindəki ailə evində keçirildi. Gəlin Medni, Ramazan Kadırovun həyat yoldaşı ilə eyni adı daşıyır və eyni kənddən idi.

Toyda ən çox diqqət çəkən məqam isə Adam Kadırovun qolundakı milyonlarla dollar dəyərində saat oldu. “Kommersant” qəzetinin məlumatına görə, o, Jacob & Co. markasının “Billionaire Ashoka” model saatını taxırdı. Bu modelin qiyməti 2 milyon ilə 27,7 milyon dollar arasında dəyişir.

Kadırova 2 milyon dollarlıq toy hədiyyəsi - FOTO


Ramazan Kadırovun Telegram kanalında paylaşdığı siyahıya əsasən, mərasimə Baş nazir müavini Denis Manturov, Energetika nazirinin müavini Aleksandr Novak, Kremlin Şimali Qafqaz nümayəndəsi Yuri Çayka, LDPR lideri Leonid Slutskiy, Moskva vilayəti valisi Andrey Vorobyov və digər regional rəhbərlər qatılmışdı. Həmçinin tanınmış idmançılar, alimlər və dini liderlər də dəvət olunmuşdu.


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: