23-06-2025, 12:43 0 Dünya

İranın cavabı sərt oldu: İsrailə 15 raket atıldı – Tel-Əviv və Aşkelon hədəfdə!

İranın cavabı sərt oldu: İsrailə 15 raket atıldı – Tel-Əviv və Aşkelon hədəfdə!
İran, İsrailin HƏMAS-a qarşı keçirdiyi hava hücumlarına cavab olaraq yeni raket zərbələri endirib. İsrail mediasının məlumatına görə, ümumilikdə 15 raket buraxılıb. Raketlər Tel-Əviv, Aşkelon və Aşdod şəhərlərinə düşüb.

Xüsusilə Aşdodda yerləşən elektrik stansiyasına ciddi ziyan dəydiyi bildirilir. Hadisə bölgəsində həyəcan siqnalları səsləndirilib, əhali sığınacaqlara yönləndirilib.

Raket zərbələri Yaxın Şərqdə gərginliyi daha da artırır və regionda yeni toqquşmaların xəbərçisi kimi qiymətləndirilir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: