“Radio Svoboda”ya PEYK ZƏRBƏSİ – ABŞ maliyyəni kəsdi, efir dayandı

ABŞ-ın beynəlxalq media layihələrini maliyyələşdirən Qlobal Media Agentliyi (USAGM), rusdilli “Radio Svoboda” proqramlarını yayımlayan peyk xidmətinin müqaviləsini yeniləməyib. Nəticədə Eutelsat Hotbird 13G peykində fasiləsiz yayımlanan “Svoboda” proqramları tamamilə dayandırılıb. Bu barədə 12 iyun tarixində mediakorporasiya rəsmi məlumat yayıb.
Bununla belə, “Radio Svoboda”nın proqram və xəbər buraxılışları hələ də 24/7 rejimində Svoboda.org saytında və YouTube kanalında mövcuddur.
Eyni zamanda, Vaşinqtondakı Federal Dairə Məhkəməsində “Azadlıq Radiosu” (RFE/RL) ilə USAGM arasında maliyyələşdirməyə dair məhkəmə prosesi davam edir. Korporasiya, ABŞ Konqresi tərəfindən 2025-ci maliyyə ili üçün ayrılmış 62 milyon dolların onlara ödənilməsini tələb edir.
Qeyd edək ki, 2024-cü ildə RFE/RL-in ümumi büdcəsi 142 milyon dollar olub. Lakin 15 mart 2025-ci ildə USAGM əvvəlcə maliyyəni dayandırıb, daha sonra ayın sonunda bu qərarı geri götürüb. Buna baxmayaraq, təşkilatın vəkillərinin sözlərinə görə, 122 əməkdaş işdən çıxarılıb, əksər müəllif müqavilələri ləğv olunub.
Təşkilat maliyyə təzyiqlərinə baxmayaraq fəaliyyətini davam etdirir və hökumətdən müstəqil olduğunu vurğulayır. 30 aprel 2025-ci ildə ABŞ federal hakimi Roys Lambertin qərarı ilə Donald Tramp administrasiyası RFE/RL-ə 12 milyon dollar maliyyə vəsaiti ayırmağa məcbur edilib. Oktyabr 2025-ə qədər daha 77 milyon dollar vəsaitin ödənilməsi gözlənilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 18:12
Trampın İsrailin İrana zərbəsindən xəbəri vardı
Populyar Xəbərlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Britaniya polisi kral III Çarlzın mühafizəçilərinə yönəlmiş terror hücumunu önləyib
“Qayıdın, Qəzzaya çatmayacaqsınız!” – İsraildən Tunberqə sərt mesaj - FOTO
Macar baş nazirdən Avropaya mesaj: "Öz maraqlarınızı düşünün, Putini yox!"
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO