Dünən, 21:00 0 Dünya

ABŞ-dan Çinə sərt zərbə: Minlərlə tələbənin vizası ləğv edilir

ABŞ-dan Çinə sərt zərbə: Minlərlə tələbənin vizası ləğv edilir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Çin Xalq Respublikasından, o cümlədən Honqkonqdan olan tələbələrin vizaları yaxın zamanda ləğv olunacaq. Bu qərar xüsusilə Çin Kommunist Partiyası ilə əlaqəli şəxsləri və strateji ixtisaslarda təhsil alanları hədəfə alır.

Rubio qeyd edib ki, yeni qaydalar daha ciddi yoxlamalara imkan verəcək. Eyni zamanda, ABŞ hakimiyyəti Çinin yarımkeçirici istehsalı üçün vacib proqram təminatlarına çıxışını da məhdudlaşdırmaq niyyətindədir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: