Xəzər Universitetində “Career Fair 2025” Networking və Career Development Platforması FOTO / VİDEO
Mayın 23-də Xəzər Universitetinin Neftçilər kampusunda Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə “Karyera Sərgisi – 2025” uğurla keçirildi.

Tədbir tələbə və məzunlar arasında yüksək maraqla qarşılandı və geniş iştirakla yadda qaldı. Sərgidə 50-yə yaxın nüfuzlu şirkət və qurum, o cümlədən beynəlxalq brendlər, aparıcı bank və maliyyə institutları, təhsil və psixoloji inkişaf mərkəzləri, turizm və hospitality sahəsində tanınmış təşkilatlar iştirak etdi.

İştirakçılar arasında SOCAR, KPMG, Norm ASC, ACCESSBANK, Yelo Bank, Turan Bank, Four Seasons Hotel, Hilton Garden Inn kimi adlar yer aldı. Tədbir zamanı iştirakçılara iş və internship imkanları, ilkin müsahibələr, CV təqdimat sessiyaları və networking platformaları təqdim edildi.

Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva çıxışında universitetin əmək bazarı ilə strateji əlaqələrinin
əhəmiyyətindən danışdı. Sərgi tələbə və məzunların real əmək bazarı ilə birbaşa tanış olaraq gələcək karyeralarını daha məqsədyönlü planlamalarına imkan yaratdı.

Digər universitetlərin nümayəndələrinin də iştirakı tədbirin miqyasını genişləndirdi və interuniversitet əməkdaşlığa zəmin yaratdı. Xəzər Universiteti olaraq bu kimi təşəbbüslərin davamlı olacağı və tələbələrin peşəkar inkişafına töhfə verəcəyi bildirildi.

R.İkramlı
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu