Qadınlar diqqətli olun: Tamponlarda təhlükəli pestisid tapıldı
Britaniya alimləri məşhur tampon markalarında, o cümlədən Tampax məhsullarında pestisidlərdən biri olan qlifosatın səviyyəsinin təhlükəli dərəcədə yüksək olduğunu aşkarlayıb. Tədqiqat zamanı bəzi nümunələrdə qlifosatın miqdarı içməli su üçün icazə verilən normadan 40 dəfə çox olub. Bu barədə məlumatı Daily Mail yayıb.
Pestisidlər pambığın yetişdirilməsi zamanı istifadə olunan aqrokimyəvi maddələr vasitəsilə tamponlara keçib. Ən ciddi narahatlıq yaradan məqam isə odur ki, tampon istifadə zamanı zərərli maddələr birbaşa qan dövranına daxil olur, beləliklə, qaraciyər və digər orqanların filtrindən keçmir. Bu isə xərçəng, Parkinson xəstəliyi və hormon pozuntuları riskini artırır.
Ekoloji fəallar istehsalçılar üçün sərt qaydaların tətbiqini və məhsulların tərkibinin tam şəffaf olmasını tələb edir. Onlar bildirir:
“Əgər qlifosat su üçün təhlükəlidirsə, niyə intim məhsullarda icazə verilir?”
Bu narahatedici nəticələr fonunda mütəxəssislər qadınları gigiyena vasitələrinin seçiminə daha məsuliyyətlə yanaşmağa çağırır və məhsullarda pestisid qalıqlarının mütləq yoxlanılması prosedurunun tətbiqini vacib sayırlar.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
Şam yeməyi üçün sağlam və doyumlu resept
Mətbəx
Dünən, 15:00
Ev Şəraitində Yarpaq Dönər Resepti
Mətbəx
Dünən, 13:00
Nahar - Toyuqlu mərci püresi şorbası
Mətbəx
Dünən, 11:00
Şokoladlı-kəsmikli zapekanka
Mətbəx
Dünən, 10:00
Tez Hazırlanan Peçenye Resepti -VİDEO
Sağlamlıq
Dünən, 09:30
Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
Mətbəx
Dünən, 09:30
Səhər yeməyi - Düyü unlu syrniklər
Populyar Xəbərlər
Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda - VİDEO
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi