30-05-2025, 16:00 0 Dünya

İsrailə yenə raket atıldı – Ordudan Yəmənə növbəti cavab

İsrailə yenə raket atıldı – Ordudan Yəmənə növbəti cavab
İsrail Müdafiə Ordusu (ÇAXAL) Yəmən ərazisindən buraxılan ballistik raketi uğurla məhv etdiyini açıqlayıb. Hadisə cümə günü baş verib.

Ordunun "Telegram" kanalında yayılan məlumata görə, bir neçə bölgədə hava hücumu siqnalları səsləndikdən sonra raket dərhal tutularaq zərərsizləşdirilib.

Portal Ynet xəbər verir ki, həyəcan siqnalları səbəbilə Ben Qurion hava limanına enməli olan bir neçə reys təxirə salınıb. Hadisə nəticəsində xəsarət alan və ya dağıntı barədə məlumat yoxdur.

The Jerusalem Post isə xatırladır ki, bu, husilərin İsrailə bir həftə ərzində etdiyi beşinci raket hücumudur. Gərginliyin artdığı bölgədə vəziyyət hələ də kritik olaraq qalır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: